1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:18.05.2019 05:16:52

Göygöldə 59 yaşlı qadının üstünə benzin tökərək yandırıblar.

İslamazeri.com xəbər verir ki, Göygöldə 59 yaşlı qadının üstünə benzin tökərək yandırıblar.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Mollacəlili kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 59 yaşlı Şamama Abdıyeva yaşdığı evdə tanıdığı şəxs tərəfindən üstünə benzin tökülərək yandırılıb. O, yaxınları tərəfindən Göygöl rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətrilib.

Xəstəxandan ONA-ya bildirlib ki, qadına 2-3 dərəcəli termiki, yəni hər iki yuxarı və aşağı ətrafın yanığı diaqnozu qoyulub. Qadının vəziyyəti ağır olduğundan Bakıda yerləşən müvafiq xəstəxanaya göndəriləcəyi nəzərdə tutulub.

Yaxınlarının  sözlərinə görə, hadisəni törədən şəxs rayon sakini Rasim Quliyevdir: “Rasim bu cür hadisəni bir neçə dəfə törədib. Buna səbəb onların arasında olan ədavətdir”. 

Zərərçəkmişin sözlərinə görə, cinayəti törədən şəxs bir neçə dəfə polis tərəfindən saxlanıb. Hazırda onun işi prokurorluqdadır.

Xəsarət alan qadın ONA-ya bildirib ki, həmin şəxsin fikri onu öldürməkdir. Əlavə edib ki, cinayətkarın tezliklə məsuliyyətə cəlb olunmasını istəyir.

Faktla bağlı araşdırma aparılır.


Göygöldə qadın yandırıldı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Fransada yəhudi və müsəlmanların “qanına susamış” dəstə zərərsizləşdirildi
    Fransada ekstremistlərdən ibarət dəstə zərərsizləşdirilib.
     14.06.2019
    Ayətullah Xamenei: Atom bombası istəsəydik, ABŞ heç nə edə bilməzdi!
    İranın Ali lideri nüvə silahı ilə bağlı danışıb.
     14.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ