EURO 1,9794 NEFT 71,76
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:03.06.2018 02:21:59

Göyçay rayonuna yağan güclü leysan yağışlar fəsadlar törədib.

Göyçay rayonuna yağan güclü leysan yağışlar fəsadlar törədib.

“Report”un Şirvan bürosu xəbər verir ki, nəticədə dünən günorta saatlarından etibarən Göyçay çayı üzərindəki nəqliyyat körpüsü yuyularaq yarasız vəziyyətə düşüb.

Tədricən axşama doğru proses daha da fəallaşıb. Göyçay-Qaraməryəm avtomobil yolu üzərində yerləşən körpünün istifadəyə yararsız vəziyyətə düşməsi ilə əlaqədar oradan avtomobilərin hərəkəti tamamilə dayandırılıb. Hazırda Bərgüşad istiqamətində alternativ yollardan istifadə olunur.

Ölkənin əsas magistral yollarından biri üzərində yerləşən körpü qəzalı vəziyyətdə olsa da, tamamilə dağılmayıb. Baş vermiş vəziyyətlə əlaqədar rəsmi qurumlar tərəfindən araşdırmalar aparılararaq müvafiq addımlar atılır.

Sakinlərin "Report"a verdiyi məlumata görə, çayın sahilinə yaxın yaşayan bəzi sakinlər yaranmış təhlükəyə görə evlərini tərk ediblər. Onların sözlərinə görə, çayın yaxınlığındakı bəzi evlərin uçma təhlükəsi var.

Sel suları təsərrüfata və meyvə ağaclarına ciddi ziyan vurub. Bir çox kəndlərdə elektirik enerjisi kəsilib, qaz, su və rabitə xətti sıradan çıxıb.


Göyçayda sel avtomobil körpüsünü sıradan çıxarıb, evlər uçma təhlükəsi ilə üzləşib - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tuneli bağlayıb şou göstərən gənclər barədə xəbər var- VİDEO
    Sosial şəbəkələrdə bir qrup gəncin Bakının mərkəzi küçələrindən birində tuneli bağlayaraq, əylənməsini əks etdirən görüntülər yayılmışdı.
     18.07.2018
    Nazpəri Dostəliyeva elmi dərəcə aldı - FOTO
    Xalq artisti Nazpəri Dostəliyeva doktorluq elmi dərəcəsi alıb.
     18.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ