1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:13.12.2016 14:10:41

Google şirkəti zamanda "səyahət" etməyə imkan verən yeni layihəsini təqdim edib.

3.Göz

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, “Google” şirkəti “Timelapse” servisinin yeni versiyasını işə salıb. Yeni versiya Dünyanın landşaftında baş verən dəyişikləri izləməyə imkan verir.

Təzı “online-layihənin” işə salınması üçün süni-peyklər vasitəsilə çəkilmiş 5 milyondan çox şəkilin mütəxəssislər tərəfindən emal edilməsi lazım olub. Həmin şəkillər 1984-cü ildən indiyədək “Landsat” kosmik araşdırmalar proqramı çərçivəsində çəkilib.

“Timelapse”nin özünə məxsus mükəmməl xüsusiyyəti var. Belə ki, layihə istifadəçiləri Dünyanın istənilən nöqtəsində zamanı rahatca "irəli-geri çəkə bilərlər". İnternet-servisin son versiyasına 33 qlobal panorama və yer səthində son 30 ildə baş verən dəyişiklikləri nümayiş etdirən 25 milyon videoçarx daxil edilib.

Qeyd edək ki, adıçəkilən servisin ilkin versiyası 2013-cü ildə “Google Earth” layihəsinə əlavə olaraq işə salınmışdı. Servisi hazırlayanların sözlərinə görə, yeni “Timelapse” öz sələfindən fərqlənir; yeni versiyada detallar daha yaxşı işlənilib, coğrafi əhatələr daha çoxdur və “zamanı” irəli-geri çəkmək imkanları genişləndirilib.


Google Dünyanın son 30 ildə necə dəyişdiyini göstərdi - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 60 SANİYƏ: Bu günün 4 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: Bu günün 4 önəmli xəbəri - VİDEO
     23.06.2018
    Səudiyyə Yəməndə mülkü evləri hədəfə aldı: Uşaq və qadınlar öldürüldü - FOTO (18+)
    Səud rejimi Yəməndə məğlubiyyətinin əvəzini mülkü vətəndaşlardan almaqda davam edir
     23.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ