1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:21.03.2019 10:13:25

Pozuntularla bağlı şirkət haqqında təhqiqat 2016-cı ildə başlanıb.

 İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, Avropa Komissiyası İnternetdə reklam yerləşdirilməsi və axtarış zamanı onun fərqləndirilməsində Avropanın rəqabət normalarını pozduğuna görə Google şirkətini 1,5 milyard avro cərimələyib. Xəbərə görə, şirkətlə bağlı təhqiqat 2016-cı ildə başlanıb.

Qurum üzə çıxarıb ki, 2006-cı ildən bəri şirkət rəqiblərinin reklamıyla bağlı kontraktları məhdudlaşdırıb. Bildirilir ki, Google kənar saytlarla müqavilələr bağlayaraq rəqiblərinin onların axtarış nəticələrində reklam yerləşdirməsinə imkan verməyib. Bundan başqa, korporasiya tələb edibmiş ki, onun reklamı üstün yerdə yerləşdirilsin.

Google sahibi Alphabet reklamdan böyük pullar qazanır, 2018-ci ildə gəlirləri 30,7 milyard dollara çatıb. 2017-ci ildə isə 12,66 milyard dollar idi.

2017-2018-ci illərdə Avrokomissiya Google şirkətini üst-üstə yeddi milyard avro cərimələyib, şirkətin axtarış sistemləri bazarında qaydaları pozduğu, həmçinin Android əməliyyat sistemli mobil telefonlarda tətbiqlərin qurulmasını məhdudlaşdırdığı bildirilib.

Avropanın anti-monopoliya üzrə rəhbəri Margret Vestager isə martın 20-də Google-un sözügedən məsələləri yola qoymaq üzrə cəhdlərini alqışlayıb. Belə ki, Google artıq Android istifadəçilərinə brauzer seçimi imkanı verib.

“Həm şopinq, həm də Android işində müsbət dəyişikliklər görürük”, Vestager deyib.


“Google”-a ŞOK cərimə: 1,5 milyard dollar - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hakerlər "Təmaslar" tətbiqinin köməyi ilə "iPhone" telefonuna giriş əldə edə bilirlər.
     17.08.2019
    ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər
    ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar İsrailin bu ölkədəki səfiri Ron Dermerə qəti etimadsızlıq göstərmək ehtimalı barədə müzakirələr aparırlar.
     17.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ