EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:12.04.2017 12:59:44

"Trampın son qərarının arxasında strategiya durmur..."

İslamazeri.com-un “Die Zeit”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın Suriyadakı aerdroma endirdiyi hava zərbəsinin arxasında strategiya yox, Ağ Ev başçısı Donald Trampın daxili-siyasi uğursuzlaqlarını kompensasiya etmək istəyi durur.

Xan-Şeyxun kimyəvi hücumunu məhz Suriya hökumətinin etməsi hələ ki, sübut edilməyib. ABŞ generalları isə hücumun Suriya Prezidenti Bəşər Əsəd tərəfindən törədiliməsini əminliklə iddia edirlər, lakin Tonkin insidenti və Kolin Luter Povelin “BMT-də etdikərindən” sonra onların sözlərinə güvənmək olmur.

İndi isə bu vəziyyətin tədqiqatı ilə BMT himayəsi altında fəaliyyət göstərən komissiya məşğul olacaq. Bundan əlavə, unutmamaq lazımdır ki, Şayrat aviavazası beynəlxalq hüquq normaları pozularaq və konqresə xəbər verilmədən bombardman edilib.

Belə görünür ki, Trampın strategiyası olmayıb. Məqalənin müəllifinin fikrincə, Tramp hakimiyyətdə olduğu 70 gün ərzində ölkə daxilindəki siyasətdə xüsusi  uğurlara nail olmayıb; nəticədə “prezidentin reytinqi aşağı düşüb”.

Trampın belə bir vəziyyətdə özünü xarici-siyasi cəbhədə nəyə görə özünü göstərdiyi izah edilə biləndir. “Bu addım ona, diqqəti öz səhvlərinin üzərindən yayındırmağa, öz sələfini üstələməyə, “Moskvanın kuklası” damğasından azad olmağa, həmçinin də həvəskar-siyasətçidən ciddi dövlət xadiminə çevrilməsi təəssüratını yaratmağa  imkan verdi.”

Tramp Rusiya, Çin və Şimali Koreyaya açıq-aşkar siqnal verdi ki, əgər onlar güzəştə getməsələr, o zaman hadisələrin ən pis gedişatını gözləsinlər. Lakin rəsmi Moskva çətin ki, Suriyaya dair seçdiyi kursundan geri gönəcək.  Çin də, çox güman ki, Şimali Koreya lideri Kim Çen Ina böyük təsir göstərməyəcək. Şimali Koreya başçısının elə özü də nüvə silahından əl çəkməyəcək. “Çünki, Kim Çen In anlayır ki, əgər Əsədin də nüvə silahı olsaydı, Suriyada heç bir müharibə olmazdı.

Qorxuram ki, Tramp özünü təcrid etdi.”, - deyə müəllif sonda qeyd edib.


“Əgər Əsədin də nüvə silahı olsaydı, Suriyada heç bir müharibə olmazdı” - TƏHLİL

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əl-Biruni kimdir?
     21.10.2017
    Türkiyə şiələrinin lideri
    Türkiyənin tanınmış din alimi, şiə liderlərindən olan Səlahəddin Özgündüz cümə xütbəsində "Haşdi Şabi"ni müdafiə edib
     21.10.2017
    Hadi Əmiri:
    Kürd media orqanlarının "Həşd-Şabi" qüvvələrinin Kərkükə daxil olduğu yönündə yaydığı spekulyasiyalara etiraz edən Əmiri bu iddiaları rədd etdi.
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ