1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:20.04.2017 18:14:29

"Suriya məsələsi müqaviməti məşğul etməyib."

İslamazeri.com “Al Akhbar”-a istinadən xəbər verir ki, “Hizbullah” təşkilatının baş katibinin müavini Şeyx Nəim Qasim Suriya və İsrail rejimi barədə fikirlərini bildirib.

Suriya böhranına və ABŞ-ın bu ölkəyə olan hücumuna toxunan Şeyx Qasim bildirib: “ABŞ bu hücumla meydanda olduğunu xatırlatmaq istəyirdi. ABŞ-ın dəqiq variantları yoxdur. Gələcək aylarda dəyişikliklərin şahidi olacağıq. ABŞ, İran, Rusiya, Ərəbistan, Türkiyə və Suriya müxalifləri əsas tərəflər olaraq müzakirələrdə iştirak etməsələr siyasi yoldan söhbət gedə bilməz. ABŞ-ın bu müzakirələrdə iştirak etməməsi və ümumiyyətlə heç bir addım atmaması, problemin siyasi yolla həllini istəmədiyini göstərir.”

İsrail rejimiylə ehtimal olunan müharibəyə də toxunan Şeyx Qasim bildirib: “Əldə olunan məlumatlara görə, İsrail Livan əleyhinə yeni müharibə niyyətində deyil. Hansısa əxlaqi məsələyə görə yox, Livan əleyhinə hər hansı bir müharibənin ziyanlarını bildiyi üçün. Bundan əlavə, İsrail rejiminin Suriya məsələsini gözləməsi və daxili cəbhəsinin zəifliyini də əlavə etmək lazımdır. Öz barəmizdə isə deməliyik ki, müqavimət pik nöqtəsindədir. Əgər İsrail rejimi hansısa axmaqlığa yol versə, “Hizbullah” cavab verməyə qadirdir. Suriya məsələsi müqaviməti məşğul etməyib.”


“Əgər İsrail rejimi hansısa axmaqlığa yol versə, “Hizbullah” cavab verməyə qadirdir”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İstanbulun fəthi - Şərqi Roma İmperiyasının süqutu
    Bu fəthdən sonra 21 yaşlı 7-ci Osmanlı Sultanı II Mehmet Fatih ünvanını alaraq Fatih Sultan Mehmet adlandırıldı.
     29.05.2017
    Almaniya:
    Almaniya kanslerinin sözləri ABŞ-la ixtilaflarının üstünü açıb
     29.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ