1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:03.05.2019 11:35:12

Mayın 2-də ABŞ dövlət katibi köməkçisinin müavinnin müşaviri George Kent Bakıya səfərinin yekunu olaraq brifinq keçirib.

İslamazeri.com "amerikanınsəsi"nə istinadən xəbər verir ki, mayın 2-də ABŞ dövlət katibi köməkçisinin müavinnin müşaviri George Kent Bakıya səfərinin yekunu olaraq brifinq keçirib.

O səfəri zamanı prezident İlham Əliyev də daxil olmaqla rəsmi şəxlərlərlə görüşüb, vətəndaş cəmiyyətinin nümayəndələri ilə söhbətlər aparıb və Xaçmaz rayonunda USAİD-in (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin) kənd təsərrüfatı layihəsi ilə tanış olub, fermerlərlə görüşüb.

Turan Agentliyinin məlumatına görə, cənab Kent bugünki brifinqdə həbsdə olan jurnalistlərin məsələsinə toxunaraq, onları azadlıqda görməyə ümid etdiyini bildirib:

“Ümumdünya Mətbuat Azadlığı Günü ( mayın 3-də) münasibətilə sizin peşəyə öz hörmətimi bildirmək istərdim. ABŞ hesab edir ki, Azərbaycan da daxil olmaqla, istənilən ölkəyə azad media lazımdır. Bilirik ki, burada həbsdə olan bir neçə jurnalist var. Ümid edirik ki, onlar azad olunacaq və bütün jurnalistlər sərbəst işləmək imkanları əldə edəcək. Azad medianın zonası genişlənir və bir gün AzadlıqRadiosu yenə Azərbaycana qayıdacaq," o qeyd edib.

Səfərin detallarına toxunan George. Kent bildirib ki, Azərbaycanda üç gün ərzində (30 aprel - 2 may) ölkə prezidenti də daxil olmaqla bir sıra şəxslərlə görüşüb. 

Onun dediyinə görə, təhlükəsizlik, islahatlar, Qarabağ münaqişəsinin dinc yolla nizamlanması və Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələrinin dəstəklənməsi ikitərəfli münsibətlərdə mühüm mövzular olaraq qalır.

Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemi almasının və onların Azərbaycana verilməsinin mümkünlüyü barədə sualın cavabında cənab Kent deyib ki,Vaşinqtonun mövqeyi dəyişməzdir.

Onun deməsinə görə, NATO üzvü olan Türkiyənin Rusiya sistemindən istifadə etməsi NATO-nun təhlükəsizliyinə ziddir.

"Biz birmənalı şəkildə bəyan etmişik ki, əgər Türkiyə həmin sistemi yerləşdirərsə, bizim F-35 təyyarələrini almayacaq", George Kent bildirib.

S-400-ün Azərbaycana verilməsinə gəlincə, Kentin sözlərinə görə, bu söhbətlər əsassızdır.

ABŞ dövlət katibi köməkçisinin müavini George Kent ötən ilin oktyabrında da Azərbaycanda səfərdə olub.

O, onda da AzadlıqRadiosunun məsələsinə toxunmuşdu.

“Çox ümid edirəm ki, növbəti səfərim zamanı AzadlıqRadiosunun reportajlarını dinləyə biləcəyəm," deyə o bildirmişdi.


George Kent: Azərbaycan da daxil olmaqla, istənilən ölkəyə azad media lazımdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Özbəkistanda toy xərclərinə limit
    Özbəkistanda toy xərclərinə limit qoyulur
     21.09.2019
    Gəncədə atanı döyüb, iki oğlunu bıçaqladılar
    Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
     21.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ