1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:15.07.2020 17:25:18

Bunu QMİ-nin səlahiyyətli nümayəndəsi, Professor Dr.Hacı Surxay Məmmədli bildirib.

Bildiyimiz kimi son günlərdə Ermənistan Azərbaycan sərhədində ermənilər növbəti təxribat həyata keçirib. Azərbaycanın yüksək rütbəli zabitləri şəhid olublar. Bundan sonra Azərbaycanın müxtəlif şəhərlərində, xüsusilə Bakıda Dövlətə, Orduya dəstək aksiyaları keçirilib. Lakin aksiyalarda kiçik təxribatlar da baş verib, lakin qarşısı hüquq mühafizə orqanları tərəfindən alınıb.

Məsələ ilə bağlı az.shafaqna.com Azərbaycanın tanınmış ilahiyyatçı alimi, QMİ-nin səlahiyyətli nümayəndəsi, Professor Dr.Hacı Surxay Məmmədlidən münasibət öyrənib.

Hacı Surxay Məmmədli şəhidlərə rəhmət, ailələrinə səbr dilədikdən sonra deyib: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin Siz bunu dərk etmirsiniz” (Bəqərə, 154).
Son günlərdə cəbhə xəttində baş verən hadisələr, ordumuzun düşmənə endirdiyi zərbələr, insanların ruh yüksəkliyi hər birimizdə qürur doğurur. Əsgərlərimizin döyüş ruhunun yüksək olması, ordumuzun düşmənə nizamla və dəqiqliklə layiqli cavab verməsi bir daha dünyaya Azərbaycan dövlətinin gücünü, xalqımızın vəhdətini nümayiş etdirir. Bu döyüşlərdə şəhid olanlar arasında əsgərlərlə yanaşı yüksək rütbəli zabitlərimizin də olması, əsgərlərin, zabitlərin, generalların bir səngərdən düşmənlə döyüşmələri və ordumuzda güclü ruhun olduğuna daha bir sübutdur. Bu ordumuzun döyüş əzmini yüksəldir, xalqımızda qürur hissi doğurur.”

QMİ-nin səlahiyyətli nümayəndəsi daha sonra  bildirib: “Tarixdə məhşur olan Azərbaycan sərkərdələrinin siyahısı yeni tariximizdə şəhid olan qəhrəmanlarımızla təzələnir. Bu Azərbaycan xalqının nə qədər böyük, qeyrətli və inanclı bir xalq olmasını bəyan edir.
Milli və mənəvi birlik göstərən xalqımız üçrəngli bayraq altında birləşərək hər zaman vətənin müdafiəsində dayanmaq üçün öz fikrini sivil şəkildə nümayiş etdirməsi həqiqətəndə ordumuza ruh yüksəkliyi verməsi deməkdir.”

Professor Dr.Hacı Surxay Məmmədli döyüşlərə qatılmağın bir şərəf olduğunu bildirərək “Bir din xadimi olaraq hər zaman bəyan etmişəm və indi də bəyan edirəm ki, biz Ali Baş Komandanın əmri ilə cəm olmağa və vətənimizin bütövlüyü uğrunda döyüşlərə qoşulmağa və lazım gələrsə şəhid olmağa belə hazırıq.
Uca Allahdan şəhidlərimizə rəhmət, bütün şəhid ailələrinə, xalqımıza dərin hüznlə baş-sağlığı verirəm. Allahdan yaralı əsgərlərimizə şəfa, səngərdə olan əsgərlərimizə güc və qüvvət təmənna edirəm. Allah xalqımıza səbr versin.”, -deyə sözlərini bitirib.


Generallarımızın əsgərlərlə bir yerdə döyüşməsi Ordumuzun gücünü göstərir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bəzi saytların yaydığı
    Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.
     19.09.2020
    İrandan ABŞ-a: Biz qadınlardan qisas almırıq
    İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Hüseyn Səlami açıqlama verib
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ