EURO 2,0152 NEFT 63,74
USD 1,7001 RUB 0,0291
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:12.04.2017 13:37:43

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov məsələyə münasibət bildirib.

Bakının Yasamal rayonu “Sovetski” adlanan ərazidəki "Hacı Cavad" məscidinin heç bir qeydiyyatı yoxdur.

Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib.

O qeyd edib ki, həmin ərazidəki bütün tikililər plana düşüb: “Məscid kimi fəaliyyət göstərən həmin tikili də plana düşənlər siyahısındadır. Tikilinin aqibəti ilə nə qərar qəbul ediləcəksə, o da olacaq”.

S. Bağırov sözügedən ərazidə gərginliyin artması barədə sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib: “Mən də həmin ərazidəydim, heç bir gərginlik yoxdur. Qanun nə tələb edirsə, o da olacaq”.

Qeyd edək ki, Bakının “Sovetski” adlanan ərazisindəki "Hacı Əbdürrəhim bəy Qulubəyov" məscidi artıq sökülüb, "Hacı Cavad" məscidinin isə sökülməsi nəzərdə tutulur.

Xatırladaq ki, məscid ölkə əhəmiyyətli tarixi abidədir (İnv. No: 3511) və məsciddə dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir.

 

Həmçinin oxu: "Hacı Cavad" məscidinin qarşısına dindarlar toplaşıb, saxlanılanlar var - FOTO


General "Hacı Cavad" məscidinin sökülməsinə münasibət bildirdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD daxilində parçalanma: Terrorçuların başları kəsildi - SƏBƏB
    İŞİD terror təşkilatı öz üzvlərini öldürüb.
     24.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ