EURO 1,9267 NEFT 68,08
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:08.11.2018 09:19:40

O bildirib ki, büdcə zərfi müstəqil Azərbaycanda büdcə mədəniyyətinin formalaşmasını sübut edir.

“Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) aşağı əmək haqqı ilə gəncləri elmə cəlb etmək mümkün deyil. Olduqca maraqlı mövzularda araşdırma aparan istedadlı gənclər dissertasiyalarını müdafiə etdikdən sonra AMEA-nı tərk edirlər”.

Azvision.az xəbər verir ki, bunu AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.

O bildirib ki, büdcə zərfi müstəqil Azərbaycanda büdcə mədəniyyətinin formalaşmasını sübut edir.

"Büdcə zərfi sübut edir ki, Azərbaycanın maliyyə-iqtisadiyyat strukturları cavabdeh olduqları sahələrin peşəkarlarıdır. 2019-cu ilin büdcəsi müstəqil Azərbaycanın inkişafının güzgüsüdür. Bununla belə bəzi sahələrə daha artıq diqqət yönəldilməlidir. Hər şeydən əvvəl elmin inkişafına diqqət artırılmalıdır. Elmsiz inkişafın gələcəyi yoxdur. Məni kadr hazırlığı, xüsusilə Azərbaycan tarix elmi üçün gənc kadrların hazırlanmasının vəziyyəti narahat edir.

İstərdik ki, AMEA-nın istedadlı gənclərinin mənzil-məişət şəraiti yaxşılaşdırılsın və onlar üçün “Gənc alimlər Evi”nin tikilməsinə vəsait ayrılsın. Elmi-tədqiqat işlərinin ağırlığı tədqiqatçı alimlərin – elmi işçilərin üzərindədir. Onların əmək haqqı isə arzuolunan səviyyədə deyil. Magistr və doktorantların təqaüdləri artırılmalıdır. AMEA-nın bir çox institutu sovet dövründən qalma binalarda fəaliyyət göstərir".

Akademik vurğulayıb ki, xalqımızın tarixinin öyrənilməsi üçün xüsusi əhəmiyyəti olan AMEA Tarix İnstitutunun cəmi 10-12 otağı var.

"Tarix İnstitutunun maddi-texniki bazasını bir sıra qonşu ölkələrin elmi qurumlarındakı vəziyyət ilə müqayisə etməkdə çətinlik çəkirəm. Ölkə başçısının tapşırığı ilə tariximiz saxtalaşdırmalar və təhriflərdən təmizlənir. Tarixçilərimiz müstəqillik dövrünün yeni tarixini yaratmışlar. Son illərdə nəşr olunmuş fundamental tədqiqatlar, o cümlədən “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri” və “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kimi onlarla kitablarımız müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb. Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son 15 ildə Tarix İnstitutunda 400-dən çox tədqiqat əsəri işıq üzü görüb. Bütün bu işləri tarixçilərimiz özlərinə şərəf bilərək çətin maddi-texniki baza əsasında həyata keçirmişlər.

Biz istərdik ki, qonşu ölkələrdəki kimi, Azərbaycan tarixçilərinin də normal iş şəraiti olsun. Tariximizə dair kitabların nəşr olunması üçün büdcədə lazımınca vəsait nəzərdə tutulsun”.


“Gənclər maaşa görə AMEA-nı tərk edirlər” - Akademik

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sabahın hava proqnozu
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha gözlənilən hava proqnozunu açıqlayıb.
     16.11.2018
    Azərbaycanda spirtli içki və tütün məmulatları bahalaşıb
    Bu ilin oktyabr ayında Azərbaycanda spirtli içkilər sentyabr ayına nisbətən 1,8% bahalaşıb.
     16.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ