EURO 1,9105 TRY 0,2917
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:10.09.2018 23:37:13

Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov Aşurə öncəsi şəhərdə olan bütün məscidləri ziyarət edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov Aşurə öncəsi şəhərdə olan bütün məscidləri ziyarət edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, icra başçısı Məhərrəmlik ayının başlanması ilə əlaqədar "İmamzadə" ziyarətgahında olub. O, ziyarətgah ətrafında təmizlik işlərinin aparılması, işıq dirəklərinin yenilənməsi, yaşıllıqların bərpası üçün göstəriş verib. İcra başçısı həmçinin, İmamzadə məscidində 5000 nəfərə yaxın insanın ibadət edə biləcəyi mərasim zalının açarını da yenidən dindarlara təqdim edib.

Sabahdan etibarən İmamzadə ziyarətgah kompleksi dindarların istifadəsinə veriləcək. Məhərrəmlik ayının ilk günündən sonuna qədər ziyarətgah kompleksində olan Hüseyniyyə məscidində kişilər, Zeynəbiyyə məscidində qadınlar dini ayınləri yerinə yetirəcəklər.

Niyazi Bayramov bundan başqa, Gəncə şəhərində yerləşən iki məsciddə təmir-bərpa işlərinin aparılması barədə də tapşırıq verib.

 

İslamazeri.com


Gəncənin yeni icra başçısı İmamzadə ziyarətgahında olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şənbə günü hava necə olacaq? - Proqnoz
    Azərbaycanda şənbə gününə gözlənilən hava şəraiti açıqlanıb.
     19.04.2019
    Məhəmməd Salah: Dünyanın 100 ən nüfuzlusu siyahısında
    “Time” jurnalı misirli futbolçunu sözügedən siyahıya daxil edib.
     19.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ