EURO 1,8751 TRY 0,287
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:01.10.2019 12:27:35

Bazar ertəsi günü Gəncə işi üzrə təqsirləndirilən 8 məhbusdan 4-ü şərti cəza ilə azadlığa buraxılıb.

Bazar ertəsi günü Gəncə işi üzrə təqsirləndirilən 8 məhbusdan 4-ü şərti cəza ilə azadlığa buraxılıb.

Vəkil Şəhla Hümbətova BBC News Azərbaycancaya bildirib ki, mühakimə olunan şəxslərdən 4-nə 5 ildən 15 ilədək həbs, 4 nəfərə isə şərti cəza verilib.

Şəhla Hümbətova Gəncə işi üzrə təqsirləndirilən şəxslərin əsasən, "qəsdən adam öldürmə", "kütləvi iğtişaşlarda iştirak" və "dövlət nümayəndəsinə zor tətbiq etmə" və digər maddələr üzrə ittiham olunublar.

"Məhkəmə 8 nəfərin hamısını təqsirli bildi. Dörd nəfərə 3 ildən 5 ilədək şərti cəza verildi. Adam öldürməyə cəhd maddəsini bir nəfərdən başqa hamıdan götürdülər".

Vəkil qərardan apellyasiya veriləcəyini bildirib: "Apellyasiyaya verəcəyik, çünki bəraət istəyirik".

"Gəncə işi"ndə təqsirləndirilənlərin valideynləri övladlarının "günahsız olduğunu, haqsız yerə həbs olunduqlarını" deyirlər.

"Gəncə işi" üzrə ümumilikdə 77 nəfər şəxs ittiham olunub.

"Gəncə hadisələri" zamanı nə olub?

2018-ci ildə iyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. O və onun mühafizəçisi ağır yaralanıb.

Hadisə rəsmi şəxslər tərəfindən ilk öncə "kriminal hadisə" kimi xarakterizə edilsə də, sonradan hücumu törətməkdə təqsirləndirilən Yunis Səfərovun həm də "terror təşkilatları ilə əlaqəli şəxs olduğu və dövlət məmuruna qarşı terror törətdiyi" bəyan edilib.

Bundan sonra naməlum şəxslər iyulun 10-da Gəncədə aksiya keçirəcəklərini elan ediblər. Həmin gün iki yüksək rütbəli polis zabiti hücum nəticəsində öldürülmüş, bir nəfər isə yaralanmışdı.

Bu hadisədən sonra hüquq-mühafizə orqanları 77 nəfərə cinayət işinin açıldığını, 11 nəfərin axtarışa verildiyini, 5 nəfərin öldürüldüyünü açıqlayıb.

Baş Prokurorluq Gəncə işi ilə bağlı ümumilikdə altı qrupun - 51 nəfərin işinin məhkəməyə göndərildiyini bildirir.

Onlardan biri məhkəmə prosesləri zamanı, digəri isə 20 il həbs olunduqdan bir neçə gün sonra ağır xəstəlikdən vəfat edib.


"Gəncə işi"ndə 4 məhbus azadlıqda: onlara şərti cəza verilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tramp Suriya siyasətinə görə tənqid hədəfində: O vitse-prezidenti Türkiyəyə göndərdi
    Tramp vitse-prezidenti Türkiyəyə göndərir, administrasiya Suriya siyasətinə görə tənqid olunur
     16.10.2019
    Avtomobil üçün etibarnamə bu cür veriləcək - Azərbaycanda YENİLİK
    Azərbaycanda avtomobil üçün etibarnamə telefonla veriləcək.
     16.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ