1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:15.06.2017 16:25:48

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin I korpusu 1939-cu ildən fəaliyyət göstərir.

İstifadəyə verildiyi vaxtdan bu günə kimi əsaslı təmir işləri aparılmayan binanın texniki bazasına 2 mərtəbəli inzibati bina-tədris korpusu, 4 mərtəbəli 150 yerlik şagird yataqxanası, 4 istehsalat təlimi emalatxanası və 6 xüsusi fənn kabineti daxildir.

Hazırda liseydə 9 ixtisas üzrə tədris aparılır. Həmin ixtisaslarda 336 şagird peşə öyrənir. Ümumilikdə 18 istehsalat təlim ustası, 24 nəfər pedaqoji və yardımçı heyət fəaliyyət göstərir. Əsaslı təmir nəticəsində bina müasir və günün tələblərinə cavab verən səviyyəyə gətirilərək 150 nəfərlik yataqxana tam təmir edilib. Yeni tipli mini stadion inşa edilərək şagirdlərin istifadəsinə verilib. Mərkəzin həyətində idman alətləri, tennis və müxtəlif idman stolları quraşdırılıb. 

400 kv.m məktəbyanı sahə, 100 yerlik yeməkxana, oxu zalı olan kitabxana, akt zalı yenidən təmir edilib. Bundan başqa emalatxanalar lazımi avadanlıqlarla təchiz edilərək, şagirdlərin istifadəsinə verilib. Binanın ətrafında yaşıllaşdırma işləri aparılıb, 150-dən çox ağac və bəzək kolları əkilib.


Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin açılışı olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünya mediası: Barzani peşmərgəsi Süleymaninin təhdidilə Kərkükdən çəkilib
    Dünya mediası Kərkükün İraq ordusuna necə təslim edilməsinin arxasında duran ismin kimliyini açıqlayıblar
     22.10.2017
    “Əhli-beyt sevənlərin yurdu Azərbaycan”- Sənədli film
    İslamazeri.com xəbər verir ki, İslam.az və "Brant produstion"ın birgə “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmini hazırlayıb
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ