1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:16.12.2019 09:55:28

Azərbaycanda gələn il üçün kişilərin və qadınların pensiya yaşı daha 6 ay artacaq.

Azərbaycanda gələn il üçün kişilərin və qadınların pensiya yaşı daha 6 ay artacaq.

İslamazeri.com modern.az-a istinadla xəbər verir ki, 1 iyul 2018 – 30 iyun 2019-cu il tarixində kişilərin pensiya yaşı 64, qadınların isə 61 olacaq.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında” qanuna edilmiş sonuncu dəyişikliklərə görə, kişilərin və qadınların pensiya yaşı dəyişdirilib.

Belə ki, "Əmək pensiyaları haqqında” qanunun 4.1-ci maddəsində (Yaşa görə əmək pensiyası hüququ) göstərilib ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.

Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq müəyyənləşdirilir.


Gələn il pensiya yaşı belə olacaq - CƏDVƏL

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsmayıllıda ağır yol qəzasında bir ailənin 3 üzvü ölüb - VİDEO
    İsmayıllıda ağır yol qəzasında bir ailənin 3 üzvü ölüb, xəsarət alanlar var
     26.01.2020
    Tramp Zərifin hansı təklifinə
    İranın XİN rəhbərinin Spigel jurnalına müsahibəsində səsləndirdiyi fikirlərə Tramp cavab verib.
     26.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ