1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:25.12.2019 10:20:21

Zaqatalada baş verən ağır yol qəzasında bir nəfər ölüb, daha iki nəfər xəsarət alıb.

Zaqatalada baş verən ağır yol qəzasında bir nəfər ölüb, daha iki nəfər xəsarət alıb.

İslamazeri.com APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 24-dən 25-nə keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala rayon sakini, 1983-cü il təvəllüdlü Tural Mamed oğlu Gülməmmədov idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə Zaqataladan Əliabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən qatı duman səbəbindən idarəetməni itirərək avtomaşını yolun kənarındakı ağaca çırpıb.

Qəza zamanı sürücü T.Gülməmmədov hadisə yerində dünyasını dəyişib.

Sükan arxasında sıxılmış vəziyyətdə qalan sürücünün meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobildə olan iki nəfər – sürücü T.Gülməmmədovun yaxın qohumları, Teymur İbadullah oğlu Gülməmmədov və Rüfət Gülməmməd oğlu Gülməmmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər.


Gecə ağır qəza baş verib - Ölən və yaralılar var

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayasofyada ibadətlər 24 iyulda başlayacaq
    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib
     11.07.2020
    Çox dilli Shafaqna agentliyinin Azərbaycan dilində saytı fəaliyyətə başladı
    "Çox dilli Shafaqna.com agentliyinin azərbaycanca bölməsi fəaliyyətə başlayıb."
     11.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ