EURO 1,8816 TRY 0,2946
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:24.05.2019 19:42:08

Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov Bakının Sabunçu Rayon Pois İdarəsinə aparılıb

Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov Bakının Sabunçu Rayon Pois İdarəsinə aparılıb. Bu barədə o, Facebook səhifəsində yazıb.

"İki gündür polis atama zəng edir ki, Elçin Qasımova denən idarəyə gəlsin. Mən də deyirəm səbəb göstərilsin gedim. Heç bir səbəb göstərmirlər. İndi də gəliblər ki, gedək Sabunçu polisinə. Gedək görək, nə deyirlər", - o qeyd edib.

Sabunçu Rayon Polis İdarəsində E.Qasımovla 30 dəqiqəyədək profilaktik söhbət aparıldıqdan sonra o azad buraxılıb.

"Polisdə ictimai fəaliyyətimin aktiv olduğunu bildirdilər. Sonra ailə üzvlərim, onların telefon nömrələrini soruşdular", o, "Amerikanın səsi"nə bildirib.

Rəsmi qurumlar Qasımovun polisə aparılması ilə bağlı məlumat yaymayıblar.

Elçin Qasımov 2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan öncə, noyabrın 5-də saxlanılıb. Məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. 2019-cu il martın 16-da prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb. (Turan)


Əfv sərəncamı ilə azad edilən MBH-nin sədr müavini polisə çağırılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Huawei” süni intellekt texnologiyaların istifadə olunduğu prosessoru təqdim edib
    “Huawei” şirkəti süni intellekt texnologiyalarının istifadə olunduğu yeni “Ascend 910” prosessorunu və yeni “MindSpore” proqram təminatını təqdim edib.
     23.08.2019
    Yeni
    "Samsung Electronics" avqustun 23-də yeni flaqman smartfonu "Galaxy Note 10"u 70 ölkədə satmağa başlayıb.
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ