1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:27.02.2017 17:15:29

Çexiyada baş tutan futbol qarşılaşması zamanı qorxulu anlar yaşanıb.

İslamazeri.az-ın “Trending News”-a istinadən verdiyi xəbərə əsasən, Çexiya futbol komandasının oyunçusu rəqib komandanın qapıçısına vaxtında ilkin tibbi yardım göstərərək, onun həyatını xilas edib.

Çexiya çempionatı çərçivəsində keçirilmiş “Boqemians 1905” və “Slovatsko” komandaları arasındakı matç zamanı meydan sahibi komandanın qapıçısı Martin Berkovets topu rəqibindən almaq istəyərkən, öz komandasının “müdafiəçisinə” dəyərək, huşunu itirib. “Slovatsko” komandasının “hücumçusu”, əslən Toqodan olan Fransis Kone özünü itirməyib və dili qatdalanan idmançıya ilkin tibbi yardım göstərib.

Hadisə yerinə gəlmiş tibb işçiləri “Bogemians”ın qapıçısını xəstəxanaya çatdırıblar. Gecəni hospitaldan keçirmiş Berkovets növbəti gün “Facebook” vasitəsilə öz xilaskarına təşəkkürünü bildirib.

Qeyd edək ki, qarşılaşma fevral ayının 25-i Çexiya çempionatının 18-ci turu çərçivəsində baş tutub və 0:0 hesabı ilə başa çatıb.


Futbolçu rəqib komandanın qapıçısını ölümdən belə xilas etdi - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Tbilisi “Cümə” məscidində bayram namazı - FOTO
    Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı.
     26.06.2017
    Sahil qəsəbəsindəki Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı - FOTO
    Bakının Sahil qəsəbəsindəki "Fatimeyi Zəhra" məscidində Hacı Fazil İmanlının imamətliyilə fitr bayramının namazı qılınıb. İslamazeri.com xəbər verir ki, bayramda çox sayda inanclı iştirak edib.
     26.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ