EURO 2,0981 NEFT 73,83
USD 1,7 RUB 0,0279
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:27.02.2017 14:41:13

“Lakin telefonun ən əsas üstünlüyü onun sadəliyindədir.”

İslamazeri.az-ın “The Verge”-yə istinadən verdiyi xəbərə əsasən, İspaniyanın Barselona şəhərində keçirilən Ümumdünya Mobil Telefon Konqresinin ziyarətçilərinə əfsanəvi “Nokia 3310”-un yeni versiyası təqdim olunub. Bu model yeni dizayn və “içliklə” öz “sələfinin” ən yaxşı xüsusiyyətlərini özündə ehtiva edəcək.

Bir neçə rəng çalarında (sarı, qırmızı, boz və tünd-göy) təqdim edilən yeni aparat daha yüngül və nazik korpusa sahibdir. Modelin dizaynı “Nokia”nın tanınan stilində icra edilib. İstehsalçılar qurğuya quraşdırılmış oyunlar arasına “ilan” oyununu da daxil ediblər.

Yenilənmiş model müasir telefon üçün olduqca “təvazökar” xüsusiyyətlərə sahibdir: 2,4 düymlük rəngli ekran və 2 meqapiksellik kamera. “Lakin telefonun ən əsas üstünlüyü onun sadəliyindədir.” Qurğu “Nokia’s Series 30+” platformasının əsasında işləyir və “microSd” yaddaş kartı “yuvacığına” sahibdir. Bundan əlavə, adıçəkilən model daha bir özəlliyi ilə də qürur duya bilər. Belə ki, telefon 31 sutka enerji saxlaya bilir.

Cihazı Finlandiyanın “HMD Global” şirkəti düzəldib. Qeydedilən şirkət 10 il ərzində “Nokia” brendi adı altında eksklyuziv məhsul istehsal etmək haqqına sahibdir. Model bu ilin ikinci kvartalında 49 avroluq qiymətlə ilə Avropada satışa çıxarılacaq.

“Nokia 3310”-un əvvəlki versiya 2000-ci ilin sentyabr ayında buraxılmış və böyük şöhrət qazanmışdı. Bu modeldən ümumilikdə 126 milyon telefon satılıb.


Əfsanəvi "Nokia"nın 31 gün enerji saxlayacaq yeni modelinin qiyməti bəlli oldu - ƏTRAFLI - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İmam Hüseynə bağlılıq hörmət və əzəməti artırır
    İslamazeri.az-ın "Din" rubrikasından...
     20.04.2018
    Rusiya İŞİD-ə zərbə endirdi
    Suriya ordusunun əməliyyatına dəstək verən Rusiya Hava Qüvvələri Dəməşqin cənubundakı İŞİD mövqelərini vurmağa başlayıb.
     20.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ