Fresno şəhərindən bir qrup həkim Qarabağa qanunsuz səfər edib.

Fresno şəhərindən bir qrup həkim Qarabağa qanunsuz səfər edib.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən ABŞ-ın Kaliforniya ştatında yerləşən Fresno şəhərindən bir qrup həkim Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə qanunsuz səfər edib.
Səfər zamanı səhiyyə sahəsində əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə edilib.
Məlumata görə, görüşdə Ermənistanın Fresno şəhərindəki fəxri konsulu Perç Abqaryan və digər rəsmi şəxslər iştirak edib.
Qeyd edək ki, Azərbaycanın qanunvericiliyə əsasən işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən şəxslər Xarici İşlər Nazirliyinin (XİN) arzuolunmaz şəxslər siyahısına daxil edilir.
Fresnodan bir qrup həkim Qarabağa qanunsuz səfər edib