EURO 1,8751 TRY 0,287
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:20.09.2019 11:00:50

Təşkilat Azərbaycan, Qazaxıstan, Türkiyə, Rusiya, Ukrayna və onun Krım vilayətində jurnalistlərin əvvəlki kimi təhlükəsiz olmadığını qeyd edir.

Vaşinqtonda qərargahlanan Freedom House ATƏT-in bir sıra üzv ölkələrində jurnalistlərə hücumların və onların qorxudulması hallarının artmasından dərindən narahatlığını ifadə edib. İslamazeri.com "amerikanınsəsi"nə istinadən xəbər verir.

ATƏT-in Polşanın paytaxtı Varşavada keçirilən tədbirdə yayılan geniş bəyanatda Azərbaycanda azad mətbuatın susdurulması xüsusi nümunələrlə vurğulanır.

Təşkilat Azərbaycan, Qazaxıstan, Türkiyə, Rusiya, Ukrayna və onun Krım vilayətində jurnalistlərin əvvəlki kimi təhlükəsiz olmadığını qeyd edir.

Freedom House bildirir ki, son bir ildə bu ölkələrdə tənqidi səsləri susdurmaq üçün, eləcə də Krım tatarları, kürdlər kimi milli azlıqlara qarşı fiziki zorakılıq, hüquqi cəza tədbirləri, qarayaxma kampaniyaları, qısnamaların digər formalarından istifadə olunub.

“Bu səslərin susdurulması ATƏT üzvü ölkələrdə demokratiya, təhlükəsizlik və insan haqlarının durumuna davamlı təsir göstərir,” bəyanatda bildirilir.

Qarayaxma kampaniyasına misal kimi 2012-ci ildə Azərbaycanda araşdırmaçı jurnalist Xədicə İsmayılovanın gizli kamerayla çəkilmiş görüntülərinin yayılması göstərilir. İsmayılova prezident İlham Əliyevin ailə üzvlərinin böyük maliyyə holdinqlərini üzə çıxarmışdı.

Bundan əlavə təşkilat ABŞ-da çalışan müstəqil jurnalist Sevinc Osmanqızı və "reallıq.info” saytının həbsdə olan baş redaktoru İkram Rəhimovun işlərinə də toxunub.

Qurum Azərbaycan hakimiyyətinin ölkədə peşə fəaliyyətinə görə heç bir jurnalistin təqibə məruz qalmadığını bildirir. İndiyədək həbs cəzası çəkmiş, yaxud çəkməkdə olan media əhlinin konkret cinayətə görə cəzalandırıldığı vurğulanır.

Freedom House ATƏT-dən tələb edir ki, jurnalistləri qoruya bilməyən hökumətlərdən buna görə hesabatlılıq tələb etsin.

“Jurnalistlərinin öz işlərini görə bildiyi təhlükəsiz mühit ATƏT mexanizminin əsasında duran demokratik idealların sütunudur”, təşkilat qeyd edib.

Bundan əlavə Freedom House təşkilatı yuxarıda adı çəkilən ölkələrin hakimiyyətlərinə aşağıdakı çağırışları edir:

1. Jurnalistlərə qarşı hücumları hərtərəfli araşdırmaq və təqsirkarları cəzalandırmaq.

2. Hökumətlərin siyasi və ya tənqidi məqalələrə görə jurnalitlərə qarşı cinayət işlərindən sui-istifadə etməsinin qarşısını almaq üçün mexanizm qurmaq.

3. Etnik cəmiyyətləri təmsil edən jurnalistlərin, xüsusilə Krımın tatar əsilli jurnalistlərinin, insan haqları müxbirlərinin və Türkiyədəki kürd jurnalistlərin təqiblərinə son vermək.

4. Media azadlığı və jurnalistlərin təhlükəsizliyini yaxşılaşdırmaq istəyən mövcud qanun layihələrini nəzərdən keçirmək və təklif olunan tövsiyələri həyata keçirmək üçün DTİHB-yə (ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu) və RFoM-a (ATƏT-in media azadlığı) müraciət etmək.

Rəsmi Bakı beynəlxalq tənqidləri qəbul etmir. Ölkədə söz və mətbuat azadlıqlarının tam təmin edildiyini bildirir.

Hazırda Azərbaycanda altı jurnalist həbsdədir.


Freedom House jurnalistlərlə bağlı narahatlığını bildirdi: Azərbaycanın da adı hallanır...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Milli Şuranın mitinqinə razılıq verilib, amma...
    Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 19-na təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
     17.10.2019
    Vilayət Eyvazov daha iki rəis təyin etdi
    Daxili işlər orqanlarında növbəti kadr dəyişiklikləri olub.
     17.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ