1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.04.2017 17:48:04

Fransa prezidentliyinə namizədlər öz ermənipərəst mövqelərini sərgiləməyə davam edirlər.

İslamazeri.com-un “Haqqin.az”-a istinadən verdiyi xəbərə əsasən, Fransa prezidentliyinə namizəd Marin Le Pen bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi zəruridir.

SSRİ dağıldıqdan sonra bərqərar olmuş sərhədlər heç bir şeyə əsaslanmadan beynəlxalq sərhədlər hesab edilməyə başladı. Müstəqillikdən də daha məqbul variant Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə imkan verən razılığın əldə edilməsi olar. Fransa Yaxın Şərqdə öz aparıcı rolunu xristianların müdafiəçisi kimi bərpa etməlidir.”, - deyə Marin Le Pen qeyd edib.

O, həmçinin bildirib ki, qondarma “soyqırım” zamanı həlka olmuş ermənilərin də xatirəsinə ehtiram etməyə davam edəcək.

Bundan da əlavə, 1915-ci ildə çoxlu erməninin Fransaya gəlişi ölkə həyatında mühüm hadisə oldu. Onlar 1-ci Dünya Müharibəsindən sonra ölkənin yenidən qurulmasına böyük töhfələrini verdilər və nümunəvi surətdə assimilyasi oldular.”, - deyə Le Pen qeyd edib.

Bununla belə o hesab edir ki, qondarma “erməni soyqırımı” qurbanlarının anma günü Fransanın yadda qalan tarixlərinin təqviminə daxil edilməməlidir. Həmin təqvimə yalnız Fransa xalqının ümumi xatirəsi ilə bağlı tarixlər daxil edilə bilər. Bununla yanaşı Le Pen “soyqırımının” beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilməsini mühüm hesab edir.

Xatırladaq ki, ötən gün “Nouvelles d`Armenie” Fransa prezidentliyinə dogər namizəd olan Fransua Fiyyonla olan müsahibəni də dərc edib. Fiyyon aprel döyüşləri barədə suala cavab verərkən, Azərbaycanı “Dağlıq Qarabağı zor gücü ilə tutmağa cəhddə” ittiham edib.


Fransa prezidentliyinə namizəd: Qarabağ Ermənistana birləşdirilməlidir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • UEFA “Qarabağ”ın kapitanından şikayətlə bağlı qərar verdi
    Məlumata görə, etiraz məktubu əlavə əsaslandırma göstərilmədən rədd edilib.
     17.08.2017
    KİV: Telman İsmayılovun ən bahalı hoteli bağlanacaq
    “Hotel işləyir. Müəyyən problemlərimiz var, bəzi işçilərimizlə vidalaşmalı olmuşuq. Lakin hazırda burada 670 əməkdaş çalışır. Biz bağlanmayacağıq”.
     17.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ