EURO 1,8242 NEFT 51,96
USD 1,7022 RUB 0,0303
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:21.04.2017 09:33:22

Paris şəhərinin mərkəzində silahlı insident baş verib.

İslamazeri.com-un “Reuters”-ə istinadən verdiyi xəbərə əsasən, Fransanın paytaxtı Paris şəhərinin “Champs Elysees” rayonunda atışma baş verib. İnsident nəticəsində 2 polis əməkdaşı həlak olub, daha 1-i isə yaralanıb. Atəş açan şəxs məhv edilib. Paytaxtda xüsusi əməliyyat gedir.

Məlumata əsasən,  naməlum şəxslərin idarə etdiyi avtomobil, patrul polis maşınının yanında dayanıb, bundan sonra isə atışma başlayıb. Şahidlərin sözlərinə görə, naməlum şəxslərdən biri, ilkin ehtimala əsasən, Kalaşnikov avtomatından atəş açıb. Lakin bu məlumat hələ öz rəsmi təsdiqini tapmayıb.

“Le Figaro” bildirir ki, hücumda 2 cani iştirak edib. Onlardan biri hadisə yerindən qaçaraq, gizlənib.

Cinayətkarların bu işi etmələrinin səbəbi hələ ki, müəyyən edilməyib. Lakin hüquq-mühafizə orqanları ehtimal edirlər ki, hadisə terror aktıdır. Eyni zamanda mənbədən iddia edirlər ki, atışmanın səbəbi  silahlı qarət ola bilər.

Hadisənin baş verdiyi ərazinin üzərindən vertolyot uçur. Oraya əlavə dəstək qüvvələri cəlb edilir.

Paris polisinin prefekturası öz “Twitter” səhifəsində atışmanın baş verdiyi ərazidən uzaq durmağa səsləyib. Bu çağırışın səbəbini isə açıqlamayıb.


Fransa paytaxtında atışma: Polislər öldürüldü - FOTO-VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan və İran ruhaniləri arasında da əlaqələr genişlənir - FOTO
    Gürcüstanın baş nazirinin İrana rəsmi səfərilə iki ölkə arasında əlaqələrin genişlənməsindən sonra, iki ölkə ruhaniləri arasında da əlaqələr genişlənməkdədir
     23.04.2017
    Cəbhədə düşmən təxribatı davam edib
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan (16 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub.
     23.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ