EURO 1,8654 NEFT 50,55
USD 1,7201 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:10.01.2017 17:54:31

Kabul şəhərindəki parlament binası yaxınlığında ard-arda terror aktları baş verib.

İslamazeri.az-ın “AFP”-yə istinadən verdiyi xəbərə əsasən, Əfqanıstanın paytaxtı Kabul şəhərindəki parlament kompleksinin yaxınlığında 2 partlayış baş verib. Hadisə nəticəsində azı 21 nəfər həlak olub, 45 nəfər isə yaralanıb. Bu haqda məlumatı güc strukturundakı mənbədən veriblər.

Ölən və yaralananların əksəriyyətinin dinc sakinlər, həmçinin də parlament əməkdaşları olduğu qeyd olunub.

Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, Darulaman rayonundakı partlayışlardan birini terrorçu-kamikadze törədib. Digər partlayış isə parlament binasının qarşısında partlayıcı ilə dolu avtomobilin partlaması nəticəsində baş verib. Yaralılar arasında Hilmənd əyalətindən olan qadın deputatın da olduğu bildirilib.

Şahidlərin sözlərinə görə isə, iki qat terror aktı nəticəsində 50-yə qədər insan ölmüş ola bilər.

Həmçinin oxu: Əfqanıstanın Hilmənd əyalətində partlayış: Ölənlər var


Əfqanıstanın paytaxtında silsilə parlayışlar: 70-ədək ölü və yaralı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DİN-dən Sumqayıt yolunda ağır qəza törəndən sürücü ilə bağlı açıqlama
    İdarədən, həmçinin bildirilib ki, hadisə zamanı yol kənarında dayanmış "ZİL" markalı yük maşınının sürücüsü Şəmistanlı Elvin Eldar oğlu istintaqa cəlb edilib.
     27.03.2017
    Suriyada barışığa qoşulmuş məntəqələrin sayı artdı
    Suriyadakı Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzi bu ölkədəki son vəziyyətlə bağlı məlumat yayıb.
     27.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ