EURO 2,0152 NEFT 63,86
USD 1,7001 RUB 0,0291
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:15.11.2017 11:00:24

Fərah əyalətində terrorçuların qəfil hücumlarında hərbçilər və dinc sakinləri həlak olub.

Əfqanıstanın Fərah əyalətinin Bala-Boluk və əyalətin eyniadlı mərkəzi şəhəri olan Fərahda terrorçularla baş vermiş silahlı toqquşma nəticəsində 20 terrorçu, 8 təhlükəsizlik xidməti əməkdaşı və 3 mülki şəxs həlak olub.

İslamazeri.com "Pajhwok"-a istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor Dövlət Vəziri məlumat verib. Bildirilib ki, bir qrup silahlı şəxs Bala-Boluk rayonunun Şevan məntəqəsində və Fərah şəhərinin Ketvan məntəqəsində təhlükəsizlik qüvvələrinə aid nəzarət postlarına hücum ediblər. Gecə boyunca davam edən silahlı toqquşmada 3 hərbçi və 20 terrorçu yaralanıb.

Digər bir məlumata görə isə, Bala-Boluk rayonunun Kal-Kalay məntəqəsində də silahlı atışma olub. Burada beş hərbçi terrorçuların qəfil hücumunun qurbanı olub.

Baş vermiş olayları "Taliban" terror hərəkatı da təsdiqləyib. Təşkilatın sözçüsü Qari Yusif Əhmədi bildirib ki, atışmada 11 hərbçi öldürülüb və hərbi post taliblərin əlinə keçib.

Fərah şəhərinin Rokan kəndinin sakinləri bildiriblər ki, evlərin birinə minomyot mərmisinin düşməsi nəticəsində ana iki uşağı ilə birlikdə həlak olub. Sakinlər dinc əhalinin hədəfə alınmasına qarşı etiraz aksiyası keçiriblər.


Əfqanıstanda "Taliban"ın hücumları davam edir, 31 nəfər ölüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Polşada qalmaqal: Yəhudiləri oğru və vətən xainləri ilə bir tutdular
    Polşada iş adamının elanı qalmaqala səbəb olub.
     24.11.2017
    İŞİD daxilində parçalanma: Terrorçuların başları kəsildi - SƏBƏB
    İŞİD terror təşkilatı öz üzvlərini öldürüb.
     24.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ