EURO 2,0827 NEFT 69,06
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:11.11.2017 15:56:18

"Taliban" rəsmi məlumatla ziddiyyət təşkil edən açıqlama verib.

Yerli sakinlərin verdiyi məlumata görə, Əfqanıstanın Qəzni və Kapisa əyalətlərində baş tutmuş əməliyyatlarda ən azı 32 "Taliban" üzvü öldürülüb.

İslamazeri.com "Pajhwok"-a istinadla xəbər verir ki, Qəzni əyalət hökumətinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Arif Nurinin açıqlamasına görə, terrorçu hərəkat üzvləri dünən axşam saatlarında əyalətin Şahbaz Xan bölgəsində təhlükəsizlik qüvvələrinin postlarına qəfil hücum təşkil ediblər.

Əfqan ordusunun cavab atəşində 10 terrorçu öldürülüb, üç terrorçu yaralanıb. Bundan təxminən 10 gün əvvəl həmin əraziyə terrorçuların hücumunda 10 hərbçi öldürülmüşdü.

Faktı təsdiqləyən "Taliban" sözçüsü Zəbihullah Mücahid Şahbaz Xanda hərbi postların ələ keçirildiyini bildirib. O, sözügedən atışmada 12 polis əməkdaşının öldürüldüyünü deyib.

Digər əməliyyat isə Kapisa əyalətində baş tutub. Rəsmi məlumata görə, burada 22 silahlı öldürülüb.


Əfqanıstanda son sutkada 32 silahlı öldürülüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriya məsələsi üzrə müzakirələrin növbəti mərhələsinin tarixi açıqlanıb
    Suriya məsələsi üzrə müzakirələrin növbəti mərhələsi yanvarın 24-26-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək
     17.01.2018
    Aralıq dənizində 1400-ə yaxın miqrant xilas edilib
    Onlar 7 kater və 4 qayıqda olublar
     17.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ