EURO 1,897 TRY 0,2815
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:17.04.2019 16:08:04

Əfqanıstanda yerləşən qızlar məktəbində partlayış törədilib.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Əfqanıstanın Fərəh əyalətində terrorçular qızlar üçün nəzərdə tutulmuş məktəbdə partlayış törədiblər.

Partlayıcı qurğular təxminən 500 uşağın təhsil aldığı müəssisənin daxilində işə salınıb. Xoşbəxtlikdən insident gecə vaxtı baş verib və buna görə də insan tələfatı olmayıb.

Qeyd edilir ki, terrorçular dəfələrlə bu məktəbin ünvanına təhdidlər yağdırıblar; terrorçuların fikrincə qadınlar üçün təhsil “pis işdir”.

Bölgədə fəaliyyət göstərən heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib, lakin yerli rəhbərliyin ehtimalına görə, bu, “Taliban” terrorçularının işidir.

Maraqlıdır ki, bu, terroruçuların bölgədə məhv etdiyi ilk təhsil müəssisəsi deyil. Terrorçular daha öncə də iki qız məktəbinə hücum ediblər: biri yandırılıb, digəri isə partladılıb.


Əfqanıstanda qızlar məktəbinə xain hücum

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avropalı deputatdan hicaba dəstək: Qadağanı pislədi
    Avstriyalı deputat hicab qadağasını pisləyib.
     21.05.2019
    Əhsən Nuruzadə cərimə təcridxanasına salınıb
    "Müsəlman Birliyi" Hərəkatının koordinatoru Əhsən Nuruzadə 6 saylı Cəzaşəkmə Müəsisəsində cərimə kamerasına salınıb
     21.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ