EURO 1,955 NEFT 79,57
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:11.11.2017 15:23:53

Fərah əyalətinin rəhbərliyi isə hava hücumunda "Taliban"ın hədəfə alındığını iddia edib.

Dünən Əfqanıstan hərbi hava qüvvələri Fərah əyalətinin Xaki-Səfid rayonunda yerləşən bazarı bombalayıb.

İslamazeri.com "Pajhwok"-a istinadla xəbər verir ki, bu barədə yerli sakinlər məlumat veriblər. Bildirilib ki, hava hücumunda dördü uşaq olmaqla 25 sakin xəsarət alıb.

Kənd sakini Əbdül Qafurun sözlərinə görə, hərbi helikopter noyabrın 9-da günorta saatlarından başlayaraq Nəngabad kəndindəki bazarı bombalamağa başlayıb. Xeyli sakin yaralanıb. Sakinlər dərhal yerli icra qurumuna zəng edərək rəsmiləri məlumatlandırıblar. Lakin hökumət tərəfdən hava hücumunun dayandırılması üçün heç bir tədbir görülməyib.

Məlumata görə, yaralananların əksəriyyəti bazardakı satıcılardır. Digər sakinin bildirdiyinə görə, dinc sakinlərə qarşı hava hücumu qəsdən törədilib. Fərah əyalətinin qubernatorunun mətbuat katibi Nasir Mehdi isə Nəngabad kəndində "Taliban" mövqelərinin hədəfə alındığını deyib. Əyalət rəsmisi həmin hücumda üçü komandir olmaqla səkkiz "Taliban" üzvünün həlak olduğunu qeyd edib.


Əfqanıstan aviasiyası bazarı bombalayıb, 25 sakin xəsarət alıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ermənistan münaqişənin həllində beynəlxalq səylərə xələl gətirir - XİN
    Kəlbəcər rayonunda Sidney adlı qəsəbənin salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barəsində məlumat verilir.
     18.10.2018
    Prezident bu şəxslərin maaşlarını artırdı: 2000 manat
    İlham Əliyev Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
     18.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ