1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:23.05.2020 20:37:29

24 May Şəvval ayının biridir

İslamazeri.com xəbər verir ki, mərcəi təqlid müctehidi Ayətullah Xameneinin ofisi  bu haqda açıqlama yayıb.

Xəbəri bir az əvvəl böyük agentliklər: İRNAİRİB, Fars agenliyi, Mehr agentliyi və s yayıblar.

Açıqlamada qeyd edilib ki, bazar günü 24 may Şəvval ayının birinci günüdür və Fitr Bayramıdır.

Qeyd edək ki, Azərbaycan və İranın üfüqü eyni olduğundan hər iki ölkədə bayram sayılır.

 - Ayətullah Sistani ayın teleskopla görülməsini yetərli bilmədiyi üçün bazar ertəsini bayram elan edib - Bu haqda asumariya saytı (İraq) məlumat yayıb.  

Qeyd edək ki, mərcəiyyətin fərqli fikirləri özlərinin şəriət qaydalarına əsaslanır, bu məsələdə Ayətullah Xamenei teleskopla hilalın görülməsini kifayət saysa da, Ayətullah Sistani ancaq canlı gözlə ayı görməyi şərt sayır. Odur ki, Ayətullah Sİstaninin müqəllidləri sabah oruc tutacaqları halda şəriətə uyğun, digər mərcəiyyətin müqəllidləri bayram etmələri şəriətə zidd deyil. Ayətullah Nuri Həmədani və bəzi mərcəiyyət də sabah - bazar gününü bayram elan edib. Bazar ertəsini bayram elan edən mərcəiyyət də az deyil.

Fitr bayramı ərəb dilində "Eydul Fitr" kimi tərcümə olunur. Fitr fitrət sözündən, eyd sözü isə qayıdış sözündən götürülüb. Bu bayramın adı fitrətə qayıdış mənasını verir. Müsəlmanlar bir ay oruc tutmaqla, nəfsi istəklərdən çəkinməklə, Qədr gecələrini həqiqətən dərk edərək, əhya saxlayamaqla ayı tamamlayır və Allah oruc tutan şəxsləri fitrətlərinə qayıtmaqla mükafatlandırır.

Bu qayıdış insanın bağışlanması, cəhənnəm odundan uzaqlaşması üçün bir vasitədir. Müqəddəs ay və müqəddəs gün xatirinə Allah bizləri,  fitrətinə qayıdanlardan qərar versin! Allah bu aydan bizi bağışlanmış şəkildə çıxarsın. Gələn bayramları zindanda olan mömin məhbuslarla, səngərdə olan əsgərlərlə, qəriblikdə olan əzizlərimizlə, ən əsası da dövrün imamı Həzrəti Qaimlə birlikdə keçirməyi Allah bizə nəsib etsin!

Bir daha bayramınız mübarək!

Bu gecənin və gününün əməllərini saytın izləyicilərinin diqqətinə çatdırırıq

1. Gün batana yaxın Qüsl almaq. (Niyyət: Allaha yaxınlaşmaq üçün Bayram gecəsinin qüslünü alıram.)
2.Gecəni namaz, dua və istiğfarla əhya saxlamaq.
3.İmam Hüseyn (ə) ziyarət etmək.

Gün:
1.Sübh namazından sonra bu zikri demək:
“Allahu əkbər Allahu əkbər, la ilahə illəllahu vəllahu əkbər Allahu əkbər və lilləhil həmdu lilləhi əla ma hədana və ləhuş şukr əla ma əulana.”
2.Bayram namazında öncə fitrə-zəkatını çıxardaraq ehtiyacı olana vermək. (diqqət yetirmək lazımdır ki,fitrə-zəkatı vacibdir)
3.Bayram namazında öncə qüsl almaq (Niyyət: Allaha yaxınlaşmaq üçün Bayram qüslünü alıram), qüsldan öncə isə bu duanı oxumaq: “Allahummə, imanən bikə və təsdiqən bi kitabik,və ittibaə sunnəti nəbiyyikə Muhəmmədin səlləllahu ələyhi və alih.” Daha sonra “Bismillah” deyərək qüsl etsin. Qüsldan sonra isə bu duanı oxusun: “Allahumməcəlhu kəffarətən lizunubi və təhhir dini, Allahummə izhəb ənni əddənəs.”
Gözəl paltarları geyinərək ətirlənmək və bayram namazından öncə xurma ilə iftar etməkdə təkid olunur.

Fitr  namazının qaydası
Fitr və qurban bayramı namazları iki rəkətdir. Birinci rəkətdə həmd və surə oxunduqdan sonra beş təkbir deyilməli və hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra növbəti təkbir deyilir, ardınca rüku və səcdələr yerinə yetirilir. İkinci rəkətdə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir. Təşəhhüd və salamla namaz başa çatır.
Bu namazların qunutunda istənilən bir duanı oxumaq olar. Amma savab məqsədi ilə bu duanı oxumaq daha münasibdir: "Əllahummə əhləl-kibriyai vəl-əzəmə və əhləl-cudi vəl-cəbəruti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əsəlukə bihəqqi hazəl-yəvmilləzi cəəltəhu lil-musliminə əydən vəlimuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidən ən tusəlli əla muhəmmədin və ali muhəmmədin və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi muhəmmədən və alə muhəmmədin və ən tuxricəni min kulli suin əxrəctə minhu muhəmmədən və alə muhəmmədin sələvatukə ələyi və ələyhim əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun". Fitrə zəkatı və namazla bağlı ətraflı məlumat

 

FİTR bayramınız MÜBARƏK!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlham Əliyev: Ermənistan İran üzərindən silah gətirə bilməyib
    Prezident İlham Əliyev bu gün xalqa müraciəti zamanı bəzi açıqlamalar verib
     20.11.2020
    Ordumuz Ağdama Azərbaycan Bayrağını sancdı - VİDEO
    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
     20.11.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ