EURO 1,9783 NEFT 48,06
USD 1,7012 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:17.04.2017 20:30:42

Başda Suriya olmaqla region ölkələrindəki daxili müharibə və qırğınlar barədə İmam Xamenei tərəfindən 2012-ci ilin aprelində Prezident Ərdoğana edilən nəsihətlər və xəbərdarlıqlar nəzərə alınsaydı bu gün Suriyada nə ABŞ-İsrail ixtirası olan "Kürd dəhlizi" yarada, nə Rusiya bu ölkədə bazalar qura, nə də başqa regiondankənar qüvvələr müdaxilə edə bilərdilər.

Allahın adı ilə

Son vaxtlarda yüksək səviyyəli səlahiyyətli ağızlardan tez-tez eşidilən ifadələrdən biri də "Pers və şiə ekspansiyası" (ekspansiya : [lat.] Təsir dairəsini genişləndirmə - red.) cümləsidir.

Bəllidir ki, təsadüfi istifadə edilən bir söz deyil. Müşavirlərin, ağıl müəllimlərinin dəqiqliklə müəyyən məqsədlər üçün seçib tez-tez istifadə etməsi üçün öz ağalarına verdikləri bir sözdür hər halda.

Bu ifadənin bir neçə məqsədə uyğun istifadə edildiyi deyilə bilər. Misal olaraq "İraqda məzhəbə əsaslananaraq Pers millətçiliyi əsasında ekspansiya" dedikdə əksəriyyəti ərəb olan İraq xalqının və bölgədəki digər ərəb xalqlarının sözdə Pers/Fars millətçiliyinə qarşı təhrik edilməsi məqsədi güdür. Çünki başda İraq olmaqla bölgədəki ərəb ölkələrindəki müsəlmanların əhəmiyyətli bir hissəsini şiə ərəblər təşkil edir. Hədəflənən kütləyə şiə ekspansiyası/Şiə Hilalı iddiasına əks reaksiya verildiyi nəzərə alınaraq artıq şiə, ələvi və ya nüsayri ekspansiyası daha az istifadə edilir.

Halbuki pers ekspansiyası iddiası öz ağıllarına görə, şiə-sünni ərəb, kürd, türkmən və türk hər kəsin qəbul edəcəyi bir ifadədir. Digər tərəfdən "Şiə Hilalı" uydurmasının başda ölkəmizdəki (Türkiyə - red.) şiə və ələvilər olmaqla region ölkələrində doğurduğu narahatlıq gec də olsa hiss edilmiş görünür.

Bəs bu iddianın həqiqət payı varmı? Bu barədə deyiləcəkləri bir neçə maddədə müxtəsər edirik:

1- İran Ərəbistan yarımadasından sonra İslamı qəbul edən ilk ölkədir. İslamı qəbul etdikdən sonra bu ölkədə qurulan və sadəcə regional deyil, bütün İranı əhatə edən dövlətlərin heç biri farslar tərəfindən yaradılmamışdır. Əvvəl ərəblər, sonra müxtəlif türk boyları və monqollar tərəfindən işğal edilən İran ölkəsində bir çox dövlət qurulmuş, etnoslar bir-birinə qarışmış və bu gün farsı, türkü, ərəbi, kürdü, bəlucu və digər etnosları ilə vahid bir İran milləti yaranmışdır. İranda bütün xalqlar öz dil və mədəniyyətlərini qoruyub saxlamaqla yanaşı, hər kəs özünü iranlı kimi tanıdır. İslam İnqilabının qələbəsindən sonra isə millətçilik qadağan olunmuş, qəbul edilən konstitusiyada yalnız qeyri-müsəlmanlar azlıq kimi tanınmışdır. Fars dilinin rəsmi dil kimi istifadə edilməsi isə yeni bir hal olmayıb İslamın qəbul edilməsindən sonra İranda qurulmuş bütün dövlətlərdə rəsmi dil olaraq qəbul edilmişdir. Bir sözlə bugünkü İranda Persçliyin/Farsçılığın bir qarşılığı yoxdur və sadəcə xaricdə İranı qaralamaq üçün uydurulmuş bir termindir.

2- İranda İslam İnqilabından sonra qurulan İslam Respublikası konstitusiyası əsasında millət anlayışındansa ümmət anlayışına üstünlük verilmiş və başda müsəlman millətlər olmaqla bütün müstəzəf xalqların vəhdəti, həmrəyliyi vurğulanmış və əməldə də bu prinsipə sadiq qalınmışdır. Ərəb və sünni Fələstinin İslam ümmətinin əsas məsələsi kimi elan edilməsi və fələstinli qurtuluş hərəkatlarının dəstəklənməsi beynəlxalq imperializmin regiondakı nümayəndəsi mövqeyindəki İsrail ilə əlaqələrin kəsilməsi və bu şeytani güclərin təzyiqlərinə 38 ildən bəri müqavimət göstərməsi, Qərb ölkələrinin yerinə qonşu müsəlman ölkələrlə əlaqələrini hər sahədə artırması İranın millətçilik arxasınca olmadığının ən açıq sübutlarıdır.

3- İranın başda Suriya və İraq olmaqla regiondakı qanuni hökumətlərin yardım çağırışına müsbət cavab verməsi də zülmə, işğala məruz qalmış ölkələrə yardım edilməsi də İslam İnqilabının əsas prinsiplərindən olub və bu təşəbbüsündə nə qədər haqlı olduğu gün keçdikcə daha açıq şəkildə anlaşılır. İŞİD-i əvvəldən bəri dəstəkləyib, silahlandırıb İraq və Suriyaya daxil edənlərin bu günlərdə bu terror aparatına qarşı döyüşmələri İranın nə qədər məqsədəuyğun bir qərar verdiyini sübut etmiş olur. Sabahlarda həmin ölkələrin "Nusra", "Əhraruş-Şam", "Feyləq", "Ceyşul-İslam" kimi indilərdə mülayim olaraq xarakterizə edərək yardım etdikləri terror dəstələrinə qarşı müharibə etməyəcəklərini kim iddia edə bilər?

4- İranın son illərdə regionda təsirini artırdığı inkar edilə bilməz. Ancaq bu nüfuz artımı Suriya, İraq və Yəmən böhranı ilə başlayan bir proses deyil. İranın region ölkələri və xalqları arasında təsiri İslam İnqilabının zəfəri ilə - 1979-cu ildə başlamışdır. Bunda iki amil təsirli olmuşdur; Birincisi, İslam İnqilabının anti-imperialist və qlobal mesajlarının başda region ölkələri olmaqla dünyanın müxtəlif bölgələrində zülmə məruz qalmış xalqlar tərəfindən mənimsənilməsidir. Hegemon qüvvələrə qarşı dik duruşu məzlum xalqlara zalım qüvvələrə qarşı mübarizələrində nümunə olmuşdur. İkinci amil, bu yolda ağır bədəllər ödəməsidir. 38 ildən bəri xaricdən tətbiq olunan daxili iğtişaşlar, İraq diktatoru Səddam Hüseyn tərəfindən tətbiq olunmuş səkkiz illik müharibə, dayanmadan artırılan embarqolar və saysız-hesabsız təxribat planları İranı yolundan çəkindirməyib. Və məhz bu prinsiplərə sadiqliyi, dik duruşu və müqavimət üsulunu seçməsi bölgənin məzlum xalqları və təcavüzə məruz qalmış hökumətləri yanında İrana haqlı olaraq nüfuz qazandırmışdır.

İran bu prinsipial xəttini qoruduğu müddətcə bölgə xalqları yanında etibar və nüfuzunu daha da artıracaqdır, şübhəsiz. İranı millətçilik və məzhəbçilikdə günahlandırmağın praktikada bir qarşılığı yoxdur. Region xalqları bunu anlamayacaq qədər şüursuz deyil.

Başda Suriya olmaqla region ölkələrindəki daxili müharibə və qırğınlar barədə İmam Xamenei tərəfindən 2012-ci ilin aprelində Prezident Ərdoğana edilən nəsihətlər və xəbərdarlıqlar nəzərə alınsaydı bu gün Suriyada nə ABŞ-İsrail ixtirası olan "Kürd dəhlizi" yarada, nə Rusiya bu ölkədə bazalar qura, nə də başqa regiondankənar qüvvələr müdaxilə edə bilərdilər. Hamısından əhəmiyyətlisi isə İran və Türkiyənin Suriyada xarici gücləri işin içinə qatmadan əməkdaşlıq etməsinə dair təklif əvvəl qəbul edilib sonra unudulmağa tərk edilməsəydi bu gün Suriya və İraqda bu qədər qətliama şahid olunmazdı.
Regionun və İslam dünyasının iki güclü ölkəsi İran və Türkiyə arasındakı əməkdaşlıq təklifinə arxa çevirib imperialist və Körfəzdəki mürtəce və asılı şeyxliklər və krallıqlarla əməkdaşlığa üstünlük verənlərin bu gün İranın region xalqları arasında nüfuzunun artmasından gileylənməyə və "Pers ekspansiyası" kimi uydurma nəzəriyyələrə sığınmağa haqqı yoxdur.

Səhvdən dönmək üçün hələ ki, fürsət var.

 

Ziya Türkyılmaz / "Rast Haber"

Tərcümə İslamazeri.com saytına məxsusdur...


Fitnənin yeni adı: Pers ekspansiyası

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Göyçayda iki avtobus yanıb - FOTOLAR
    Göyçay rayonunda yanğın hadisəsi baş verib.
     22.07.2017
    İran və Qazaxıstanın hərbi gəmiləri Bakıya yan alıb
    Məlumatı Müdafiə Nazirliyi yayıb.
     22.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ