EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:04.01.2017 16:45:34

Ötən ilin mart ayında yerdə yaralı halda uzanmış fələstinlini başından atəş açaraq öldürən israilli əsgər barədə məhkəmə qərar verib.

İslamazeri.az-ın “AFP”-yə istinadən verdiyi xəbərə əsasən. İsrail rejiminin hərbi məhkəməsi 2016-cı ilin mart ayında artıq hücumdan sonra zərərsizləşdirilmiş fələstinlini güllələyərək öldürmüş əsgəri qərəzsiz adam öldürməkdə günahkar bilib.

Mart ayının ortasında Hevron şəhərində baş vermiş hadisə videoya çəkilmişdi. Həmin videonu “Betselem” hüquq-müdafiə təşkilatı yaymışdı. Videoyazıda israilli hərbçilərin yaralı yoldaşlarını təcili tibbi yardım maşınına qoyduqları anda yaralı fələstinlinin yolun ortasında olduğu görünür. Daha sonra görünür ki, əsgərlərdən biri avtomatla fələstinlinin başına atəş açır. Hadisədən sonra İsrail rejiminin hərbi polisi onu tutub.

Hakimlər 20 yaşlı serjant Elor Azariyanın atəş açmaq zərurətinin olmadığı haqda qərar qəbul edib. Çünki yerdə uzanmış halda olan fələstinli heç bir təhlükə yaratmırdı. Azariya barədə hökmün daha sonra çıxarılacağı qeyd olunub. O, 20 ilədək azadlıqdan məhrum edilə bilər.

Bu məsələnin gözdən keçirilməsi İsrail cəmiyyətində güclü parçalanmaya səbəb olub. Qərarın çıxarıldığı komandanlıq binasının qarşısında bu gün səhər onlarla etirazçı ilə polis arasında qarşıdurma baş verib. Nümayişçilər əllərində “İsrail xalqı əsgəri döyüş meydanında tək qoymur” yazılmış plakatları tutublar.


Fələstinlini öldürən israilli əsgər məhkəmədə: Yəhudilər etiraza başladı - ƏTRAFLI - FOTO - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əl-Biruni kimdir?
     21.10.2017
    Suriya ordusu Qəryəteyn şəhərini İŞİD-dən tamamilə azad edib
    Bu gün səhərdən başlamış yekun əməliyyatla şəhərə nəzarət tam bərpa edilib.
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ