EURO 1,9798 NEFT 50,33
USD 1,701 RUB 0,0284
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:20.04.2017 15:07:25

Fələstinin məhbus işləri rəhbəri İsa Qaraqe İsrail həbsxanalarında aclıq aksiyasına başlayan məhkumlardan birinin ölməsinin yeni bir intifadanın başlamasına səbəb olacağını söyləyib.

İslamazeri.com "Rast Haber"-ə istinadən xəbər verir ki, Qaraqe bu açıqlamaları Sionist rejimin bazar ertəsi günü aclıq aksiyasına başlayan təqribən 1500 fələstinli məhkum ilə müzakirələr aparmağa yanaşmamasına etiraz olaraq gündəmə gətirib.

Sionist Rejimin dövlət təhlükəsizliyi naziri Gilad Erdan çərşənbə axşamı günü bu aclıq aksiyasının siyasi məqsədləri olduğunu və fələstinli məhkumlarla müzakirə aparılmasına gərək olmadığını düşündüyünü deyib.

Gilad Erdan həmçinin, bu etirazların lideri Fələstinli məhkum Mərvan Barqutinin başqa bir həbsxanaya köçürülüb hücrə həbsinə salındığını da söyləyib.

İsa Qaraqe beynəlxalq cəmiyyətdən müxalif məhkumların səbrini tükədən bu böhrana müdaxilə etmələrini istəyərək, "Əgər onların istəkləri qəbul edilməsə daha çox məhkum aclıq aksiyasına başlayacaq, biz beynəlxalq cəmiyyətdən və BMT-dən dərhal müdaxilə etməsini istəmişik", - deyib.

Çərşənbə günü BMT bir fələstinli məhkumun çağırışı ilə aclıq aksiyasına başlayan mindən çox fələstinlinin vəziyyətinin diqqətli bir şəkildə izləndiyini söyləyib.

İsrail həbsxanalarında hazırda təxminən 6500 fələstinli var və bu məhkumların 65-i qadın və 300-ü də hüquqi yaşın altındakı şəxslərdən ibarətdir. Yayımlanan hesabatlara görə təxminən 500 fələstinli məhkum da inzibati nəzarətdə saxlanılır və məhz bu həbslər günahlandırmanın nə olduğu anlaşılmayan bir həbs sayılır.

Fələstinli məhkumlar inzibati nəzarət siyasətinə və həbsxanaların pis vəziyyətinə etiraz olaraq mütəmadi olaraq aclıq tətili keçirirlər.

 

Həmçinin oxu: İsrail həbsxanalarında olan fələstinlilər kütləvi olaraq aclıq aksiyasına başlayıblarSionist İsrail rejimi aclıq aksiyası edən fələstinlilərlə bağlı açıqlama verib


Fələstində yeni bir İntifada başlaya bilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ruhani: Şübhə yoxdur ki, İran ABŞ-a cavab verəcək!
    İran Prezindeti ABŞ-ın yeni sanksiyaları barədə danışdı.
     26.07.2017
    Şeyx Sərdarın vəkili məhkəmənin hökmündən apellyasiya şikayəti verib
    Vəkilin bildirdiyinə görə, apellyasiya şikayəti Masallı Rayon Məhkəməsinin S.Hacıhəsənlinin 3 il azadlıqdan məhrum edilməsini nəzərdə tutan hökmündən verilib.
     26.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ