EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:13.10.2017 16:40:02

HƏMAS-la FƏTH-in razılaşmasını müsbət qarşılayanlar bu hadisənin Qəzza Zolağındakı blokadanın ləğv edilməsinə yardımçı olacağını ümid edir.

İslamazeri.com Dünya mediasına istinadən xəbər verir ki, Qəzza Zolağının idarəsini əlində tutan HƏMAS ilə İordan çayının Qərb sahili idarə edən FƏTH-in razılığı Fələstin küçələrində qeyd olunub.

Qəzzada və Ramallahda yüzlərlə insan əllərində bayraqlarla sevinc nümayişi keçirib. Xəbəri müsbət qarşılayanlar siyasi razılaşmanın Qəzza Zolağındakı blokadanın ləğv edilməsinə yardımçı olacağını ümid edir.

Şənliklərdə iştirak edən bir qadın, "Ümid edirəm ki, masada əldə edilən həlləri həyata keçirərlər. Çünki ayrı-seçkilikdən və yoxsulluqdan artıq yorulmuşuq. Bölünməyə görə 11 ildir əziyyət çəkirik",- deyərək fikirlərini dilə gətirib.

Qəzza Zolağı 10 ildir ki, ABŞ ilə Avropa Birliyi tərəfindən terror təşkilatı olaraq qəbul edilən HƏMAS-ın nəzarətindədir. HƏMAS yeni saziş çərçivəsində, bölgənin inzibati idarəçiliyini və Misirə açılan Rifah Sərhəd Qapısının nəzarətini FƏTH dəstəkli Fələstin Milli Uzlaşma Hökumətinə təhvil verəcək.

İki tərəf arasındakı razılaşmada vasitəçilik rolunu Misir üzərinə götürüb. Tərəflər imzaları Qahirədə keçirilən mərasimdə atıb.

Tel-Əvivdən isə narazılıq gecikməyib.

İşğalçı İsrail rejiminin Baş naziri Benyamin Netanyahu İsrail dövlətini tanımayan heç bir hakimiyyətlə danışığa getməyəcəklərini bir daha təkrarlayıb.

Netanyahu sosial media üzərindən etdiyi narazılıqda, "Qonşularımızla sülh içində olmaqdan daha çox istədiyimiz bir şey yoxdur. HƏMAS-la FƏTH-in razılığı sülhün təmin olunmasını daha da çətinləşdirir",- deyib.


Fələstində sevinc, İsraildə narazılıq - ƏTRAFLI-VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünya mediası: Barzani peşmərgəsi Süleymaninin təhdidilə Kərkükdən çəkilib
    Dünya mediası Kərkükün İraq ordusuna necə təslim edilməsinin arxasında duran ismin kimliyini açıqlayıblar
     22.10.2017
    “Əhli-beyt sevənlərin yurdu Azərbaycan”- Sənədli film
    İslamazeri.com xəbər verir ki, İslam.az və "Brant produstion"ın birgə “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmini hazırlayıb
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ