1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:06.05.2017 12:17:09

Yaxın Şərqin mütəxəssis yazıçılarından Abdulbari Ətvan HƏMAS-ın yeni siyasət sənədi ilə bağlı olaraq, Qəzza və İordan çayının qərb sahillərinin əhalisinin HƏMAS təşkilatının hərbi qanadına güvəndiyini və arxalandığını yazıb.

İslamazeri.com "Tasnim"ə istinadən xəbər verir ki, Yaxın Şərqin mütəxəssis yazıçılarından və "Rey əl-Yəum" qəzetinin baş redaktoru Abdulbari Ətvan HƏMAS hərəkatının yeni siyasət sənədini təhlil etdiyi yazısında bu ifadələri işlədib:

HƏMAS-ın yeni siyasət sənədi Fələstin Azadlıq Təşkilatının (FƏTH) Oslo müqaviləsinə və İsrailin rəsmi olaraq tanınmasına səbəb olan sənədindən dahamı çox şansa malikdir? Silahların yerə qoyulması və zorakılıqdan imtina edilməsi terrorçu ittihamlarını ortadan qaldıracaqmı ?

Bir çox adam HƏMAS hərəkatı Siyasi Büro sədri Xalid Məşəlin bazar ertəsi günü Dohada bu hərəkatın siyasətlərində edilən dəyişikliklərlə birlikdə açıqladığı HƏMAS hərəkatının yeni siyasət sənədini təhlil edib, şərh edəcək, amma burada bu sənədə üç əsas cəhətdən baxmaq bizim üçün əhəmiyyətlidir:

İlk olaraq; HƏMAS-ın xitab etdiyi tərəflər və regional və beynəlxalq şərtlər və təzyiqlər HƏMAS hərəkatının belə şərtlərdə bu razılığı verməsinə səbəb olmuşdur və eyni zamanda HƏMAS-ın yeni maddələrində edilən düzəlişlər, HƏMAS-ın razılığının dolayı olaraq pozuntusu sayılır. Görəsən bu vəziyyət HƏMAS-ın xitab etdiyi tərəfləri razı salacaqmı? İkinci olaraq; HƏMAS-ın siyasət sənədində qeyd etdiyi 42 paraqraf bu hərəkatın yekun münasibətidirmi, ya da bu hərəkatın yaratdığı müqavilədə başqa dəyişikliklərin edilməsinin başlanğıcımı olacaq? Üçüncü olaraq; HƏMAS-ın bütün nümayəndələri və liderləri HƏMAS hərəkatının yeni siyasət sənədi ilə eyni fikrə sahibdilərmi? HƏMAS hərəkatının bir qolu olan "Qəssam Briqadaları"nın mövqeyi nədir?

Fələstin ictimaiyyətində HƏMAS hərəkatının siyasət sənədi haqqında iki nəzər var. İlk nəzər real münasibətdir. Yəni onlar HƏMAS hərəkatının siyasət sənədini region və dünyadakı mövcud şərtlərə görə yayımladığını, praktiki bir yol tapmaq istədiklərini və Yəhudiliyə qarşı olduqları, terrorçu olduqları və qərar orqanlarının fəaliyyətləri bir çox ərəb ölkəsində qadağan olunan "İxvan əl-Müslimin" olduğu üçün ona edilən ittihamları rədd etməyi qarşısına məqsəd qoyduqlarını düşünür. HƏMAS-ın təqdim etdiyi sənədin maddələrindən biri bu məsələni vurğulayır və bu maddədə bu ifadələr yer alır: "Fələstinin münaqişəsi dini bir münaqişə deyil və yəhudilərlə yəhudi olduqlarına görə düşmən deyil. Bu münaqişələrin səbəbi onlar tərəfindən Fələstinin işğal edilməsidir.

Amma Fələstindəki ikinci qrup HƏMAS hərəkatının siyasət sənədinin FƏTH-in fələstinlilərin bəzi tələblərindən geri addım atılmasına və müzakirələrin aparılması və İsrailin rəsmi olaraq tanınmasına yol açan güzəştlərini xatırlatdığını hesab edirlər. Bu fikrə sahib olanlar bu sualları gündəmə gətirir; Əgər HƏMAS-ın yeni siyasət sənədi çıxarmaqdakı hədəfi FƏTH-in yolunda hərəkət etməkdirsə, Fələstin Dövlət Başçısı Mahmud Abbasın hökuməti ilə hansı məsələdə fərqlidirlər? Və niyə Qəzza Zolağı 2007-ci ildən etibarən HƏMAS hərəkatının hökuməti zamanında üç müharibə yaşadı?

Əgər FƏTH-in mirasına və onun etdiyi güzəştlər silsiləsinə baxsaq, bu geri addımların tarixini 1974-cü ildə oktyabr ayındakı müharibədən sonra Fələstin Milli Şurası tərəfindən təsdiq olunan qərarın onuncu paraqrafında açıq bir şəkildə açıqlaya bilərik. Bu maddə düşmən İsraildən azad edilən hər bir ərazidə Fələstin hökuməti qurulmasını vurğulayır və daha sonra hadisə elə bir yerə gəlmişdir ki, BMT Təhlükəsizlik Şurasının 242-ci Qətnaməsi rəsmi olaraq tanınmış və bu qərar fələstinlilərin hüquqlarını 1967-ci ildə işğal edilən bölgələrdə məhdudlaşdırmışdır və daha sonra bu məsələ Oslo müqaviləsinin imzalanması şəklində dəyişmişdir və digər hadisələr də hər kəs tərəfindən bilinir.

 

1988-ci ildə Əlcəzairin paytaxtındakı Sanober Sarayında son formasının hazırlanması böyük şair və mütəfəkkir Məhmur Eduard nəzarətində olan Müstəqillik bəyannaməsinin açıqlanmasından sonra edilən təbrikləri, qucaqlaşmaları və təbrik sözlərini çox yaxşı xatırlayırıq. Bu sənəd təxmini bir Fələstin dövlətinin qurulmasını mindən artıq jurnalistin iştirakı ilə beynəlxalq mediaya açıqlamışdır.

Bu müstəqillik müqaviləsi daha sonra silahlı mübarizədən imtina edilməsi, İsrailin rəsmi olaraq tanınması, qaçqınların geri qayıdışı üçün müqavilə şəklində müzakirələr təmin olunması və Qəzza və Ərihada muxtar bir hökumətin qurulması şəklində Oslo müqaviləsinə çevrildi.

Oslo müqaviləsi Azadlıq Təşkilatı liderinin qurtuluşu və onun İraq və Küveytə hücumdan sonra maliyyə mənbələrinin qurumasının ardınca siyasi izolyasiyadan çıxması ilə başa çatdı və müqavilənin imzalanmasından sonra sayları artan Qüds və İordan çayının qərb səhilləri (qeyri-qanuni - red.) məskunlaşmış 800 min israilli sakinin dəstəklənməsi və təhlükəsizliyinin təmin olunması məsələsindəki koordinasiya və Azadlıq Təşkilatı tərəfindən Dayton qüvvələrinin yaradılması və Yasir Ərafata zəhərlə sui-qəsd təşkil edilməsi ilə sona çatdı. Daha sonra o, illərlə sanksiya mühasirəsi altında qaldı, çünki ikinci silahlı intifadayı başlatmışdı.


Hər kim Xalid Məşəlin HƏMAS-ın siyasət sənədi haqqındakı açıqlamalarını analiz edəcək olsa, bu bəyanatlarla Yasir Ərafatın Fələstinin bir qarış torpağından imtina edilməyəcəyi, ölkəyə qayıtmaq hüququndan və ya silahlı mübarizədən və bütün formalarda müqaviməti davam etməkdən bəhs etdiyi on maddəni açıqlamasındakı və müstəqillik bəyannaməsindəki nitqi arasındakı oxşarlıqları görəcək və illər sonra bu sənədin HƏMAS-ın və Fələstin xalqının şərtlərinin və vəziyyətinin necə olacağını bilmirik.

 

Bu sətirlərin müəllifi Fələstin Milli Şurasının keçmiş üzvüdür və Fələstin məsələsində baş verən prosesləri və onun ən çətin vaxtlarını yaşamışdır və qırx ildir qərbdə yaşayır və qərbin üsulları, çaşdırmaları, təzyiqləri və yekun hədəfini bildiyini iddia edir. Qərbin son hədəfi İsraili regionda böyük bir güc olaraq stabilə etmək və hər zaman İsrailin mövqeyini dəstəkləməkdir. Bu təcrübədən istifadə edildikdə və bəzi məsələlərə diqqət edildiyi zaman bir neçə əsas məqam var və bu nöqtələri vurğulamaq lazımdır: İlk olaraq: İsrail və qərb ölkələri Sionist Rejim rəsmi olaraq tanınmadan, silahlı müqavimətdən tamamilə çəkilmədən və eyni zamanda Fələstinlilər ölkələrinə geri qayıtmaq haqlarından geri çəkilmədən Fələstin hökumətinin 1967 sərhədlərindəki yaranma prosesini qəbul etməyəcək. İkinci, terrorizm ittihamından əl çəkəcək və HƏMAS hərəkatı ilə görüş kanallarını açacaq yeganə yol silahlı mübarizədən tam imtina etmək və silahları yerə qoymaq olacaq. Üçüncü olaraq, İsraillə birbaşa görüşmək, İsraili rəsmi olaraq tanıdıqdan, beynəlxalq və Oslo kimi imzalanan müqavilələrə bağlı qaldıqdan sonra mümkün olacaq.

 

Buna görə iki milyon fələstinlinin Qəzza Zolağında ac qoyulması, keçid yollarının bağlanması, maaşların üçdə birinin azaldılması və elektrikin kəsilməsi kimi bütün bu hərəkətlər diqqətli bir şəkildə planlanıb və bu vəziyyət bizə, Fələstin Azadlıq Təşkilatının Oslo müqaviləsində etdiyi güzəştləri xatırladır. İsraillilər və ABŞ kimi avropalı müttəfiqləri HƏMAS-ın yeni siyasət sənədini dəstəkləyəcək, amma onlar yaxın günlərdə HƏMAS-ın bu geri addımının yetərli olmadığını, bu səbəbdən də HƏMAS-ın daha çox güzəştə getməsi lazım olduğunu açıqlayacaqlar. Onların daha çox güzəştdən məqsədi İsrailin rəsmi olaraq tanınması və işğalçılarla müqavimət prinsipindən geri addım atılması və nəhayət Fələstinin tərksilah edilməsidir. HƏMAS-a Türkiyə və Qətər kimi bəzi müttəfiqləri tərəfindən təzyiq olunduğunu bilirik. Bu hərəkatın müttəfiqləri heç şübhəsiz onları daha çox mötədil olmağa dəvət edəcək və Türkiyə xarici işlər nazirinin Vaşinqtondakı açıqlamaları bu məsələni vurğulayır. Mövlud Çavuşoğlu Ankaranın HƏMAS-dan İsraili rəsmi olaraq tanımasını və eyni zamanda tərksilah olaraq iki dövlət qurulması təklifini qəbul etməsini istədiyini vurğulamışdır. HƏMAS-ın yüksək səviyyəli bir rəsmisi də bu məsələni təsdiqləyərək HƏMAS-ın Türkiyənin təqdim etdiyi şərtləri qəbul etmədiyini deyib. İngiltərənin keçmiş Baş naziri Toni Bleyerin İraq və Yəmən müharibəsinin ən mühüm iştirakçısı və bu iki ölkəyə qarşı qıcıqlandırıcı hərəkət edən və və Qəzzaya həyata keçirdiyi səfərlərdə bu sənədin bəzi prinsiplərinin formalaşmasında mühüm rol oynayan biri kimi Fələstin xalqının və ya HƏMAS hərəkatının yaxşılığını və mənfəətini güddüyünü hesab etmirəm. Onun bütün hərəkətləri İsrailin mənafeyini təmin etmək və şəhərcik inşa siyasəti istiqamətindədir və onun Netanyahu ilə dostluğu da məlumdur. Əhməd əl-Şakirinin və onun Ərəb Təşkilatının 1967-ci ildəki məğlubiyyəti silahlı mübarizəsi səbəbilə Yasir Ərafatın Fələstin Azadlıq Təşkilatı lideri olaraq seçilməsinə səbəb olmuşdur və FƏTH-in mülayim bir hərəkat olması və Oslo müqaviləsinin imzalanması HƏMAS İslami Müqavimət Hərəkatının doldurduğu bir boşluq yaratmışdır. İndi də HƏMAS hərəkatının praqmatik aksiyalarından yaranacaq mümkün boşluqları kimin dolduracağını gözləyib görmək lazımdır? Qəzza və Qərbi İordan xalqı HƏMAS-ın siyasi bir qolu olan "İzzəddin əl-Qəssam Briqadaları"na əsaslanır və ümid bəsləyir və onlar bu hərbi qanadın HƏMAS hərəkatının Fələstin xalqı üçün məğlubiyyət və alçaltmadan başqa heç bir faydası olmayan Fələstin Azadlıq Təşkilatının tutduğu yola doğru sürüklənməsinin qarşısını alacağına inanır. Amma onların bu hərbi qanada güvənməsi və əsaslanması doğrudurmu? Bir çoxları bu məsələdən əmindirlər. HƏMAS-ın yeni siyasət sənədini Fələstin Dövlət Başçısı Mahmud Abbasın Vaşinqtona səfərindən iki gün əvvəl yayımlaması bir təsadüf deyil. Bu görüşün Fələstinlilər üçün dəhşətli nəticələri ola bilər və onları daha çətin bir mərhələyə sürükləyə bilər. Allah Fələstin xalqına kömək etsin.

 

Tərcümə İslamazeri.com saytına məxsusdur...


“Fələstin xalqının ümidi və yeganə dayağı...” - ANALİZ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Muhəmməd Husi xalqı döyüş cəbhələrinə səsləyib
    Yəmənin Ali İnqilab Komitəsinin sədri xalqdan, müharibə cəbhələrini doldurmağı istəyib.
     19.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ