EURO 2,0116 NEFT 62,83
USD 1,7001 RUB 0,029
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:27.03.2017 12:26:14

“Facebook” şirkəti canlı yayım funksiyasının sadəcə smartfonlarda deyil, həm də dizüstü və masaüstü kompüterlərdə də istifadə oluna biləcəyini açıqlayıb.

Səhifələr üçün bir müddətdir ki, aktiv olan bu funksiya artıq bütün “Facebook” profilləri üçün aktiv edilib. Bununla da istifadəçilər web-kameralar vasitəsilə canlı yayım edə biləcəklər.

Professional istifadəçilər bir neçə əlavə kamera, daha güclü ekran kartı və əlbəttə ki, daha sürətli internet ilə daha keyfiyyətli yayımlar hazırlaya biləcəklər.

Canlı yayım funksiyası birbaşa olaraq “Facebook”un əsas səhifəsində və istifadəçi profillərində qurulacaq. Bununla da kompüterlərdən canlı yayım etmək, şəkil və status paylaşmaq qədər asan olacaq. Kompüterləriniz vasitəsilə etdiyiniz yayımlar dostlarınızın əsas səhifəsində eynilə smartfonlardakı kimi görünəcək.

Bundan başqa, “Facebook” şərhlərə GIF animasiyalarının əlavə olunması funksiyasını test edir. “Biz bilirik ki, istifadəçilər, GIF animasiyaları, şərhlərdə istifadə etmək istəyirlər. Məhz buna görə, biz bu funksiyanı test etməyə başlamışıq. Qeyd etmək istəyirik ki, bu, hələ ki, testdir”, - deyə sosial şəbəkənin təmsilçiləri bildiriblər.

Məlumata əsasən, şərhlərdəki GIF düyməsi ilk öncə bir sıra istifadəçilər üçün aktiv olacaq. Şirkət bildirib ki, əgər bu funksiya məşhurlaşsa, onda bütün istifadəçilər üçün aktiv olacaq.

Şərhlərdə olacaq GIF düyməsi, messencerdəki GIF düyməsinin çalışdığı kimi çalışacaq. Beləliklə, istifadəçilər şərhlərdə təqdim olunacaq GIF animasiyaları yerləşdirə və ya istədikləri digər GIF animasiyaları axtara biləcəklər.


“Facebook”da iki yeni funksiya

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Husilərdən Səud güclərinə zərbə - VİDEO
    Husilər Səudiyyə qüvvələrini yenə pusquya salıb
     14.12.2017
    Bakıda İcra Hakimiyyətinin baş mühasibi həbs olunub - SƏBƏB
    Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Binəqədi rayonu İH-nin sabiq baş mühasibi Kəklik Əsədovanı həbs ediblər.
     14.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ