EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:02.11.2017 00:13:15

"Facebook" Rusiya mənşəli operatorların sosial şəbəkədə 80 mindən çox göndəriş paylaşdığını və 126 milyon nəfərə çatdığını bildirib.

İslamazeri.com xəbər verir ki, Rusiyanın ABŞ prezident seçkilərinə təsir etdiyinə dair iddialar üzərində aparılan istintaq çərçivəsində "Facebook", "Google" və "Twitter" səlahiyyətliləri Amerika Senatında ifadə verib. Rusiyanın keçən ilki seçkilərə müdaxilə etmək üçün sözügedən şirkətlərin platformalarını istifadə etdiyi iddia edilir.

"Facebook" Rusiya mənşəli operatorların sosial şəbəkədə 80 mindən çox göndəriş paylaşdığını və 126 milyon nəfərə çatdığını bildirib.

"Google"un göstəricilərinə görə, Rusiya 2016 seçkiləri üçün xüsusilə "YouTube" üzərindən təxminən min video paylaşıb, ən az 4 min dollarlıq "Google"a reklam verib.

Konqresdə çıxış edən "Twitter" nümayəndəsi Sean Edqett isə Rusiya hökümətilə əlaqəli olduğundan şübhələnilən profilləri dondurduqlarını deyib.

Konqresdə Rusiya istintaqının kölgəsində hazırlanan bir qanun layihəsi internet firmalarına, siyasi reklam üçün ödəniş edənlərin adlarını açıqlama zəruriliyi gətirir.


"Facebook", "Google" və "Twitter" Konqresə ifadə verdi - FOTO-VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD Raqqanı tərk etməzdən əvvəl şəhərdə hər bir tikilini minalayıb
    İŞİD terror qruplaşmasının silahlıları Suriyanın Raqqa şəhərini tərk etməzdən əvvəl onun ərazisindəki hər bir tikilini minalayıblar.
     19.11.2017
    Sabirabadda iki avtomobil toqquşub: Yaralanan var
    Sabirabadda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ