EURO 1,8782 TRY 0,2955
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:06.09.2019 16:00:01

Facebook 200 milyona yaxın istifadəçisinin telefon nömrələrinin internetdəki məlumat bazasında "ifşa olunduğunu" təsdiqləyib.

islamazeri.com "bbc"yə istinadən xəbər verir ki, Facebook 200 milyona yaxın istifadəçisinin telefon nömrələrinin internetdəki məlumat bazasında "ifşa olunduğunu" təsdiqləyib.

Şirkət məlumat bazasını kimin yaratdığını və internetdə "təhlükəsiz halda" buraxdığını araşdırdığını söyləyib.

Sözügedən məlumat bazasında Facebook istifadəçilərinin istifadəçi adı və telefon nömrələri təhlükəsizliyi təmin edilməyən veb serverə yüklənilib və şifrə ilə qorunmayıb. 

Məlumat bazasının Facebook tərəfindən yaradılmadığı düşünülür.

TechCrunch saytı məsələ ilə bağlı veb hosting şirkətinə müraciət etdikdən sonra məlumat bazası internetdən yığışdırılıb.

Facebook 2018-ci ildə istifadəçilərinə kimisə telefon nömrəsi ilə axtara bilmək funksiyasını yığışdırıb.

Şirkət açıqlamışdı ki, müxtəlif "zərərli proqramlar" milyonlarla telefon nömrəsi daxil edərək nömrələrin kimə aid olduğunu tapmağa çalışırdı. Beləliklə də, telefon nömrələrini Facebook profillərinə əlavə etdikdən sonra gizlilik şərtlərini dəyişməyən istifadəçilərin telefon nömrələri ələ keçirilmə ehtimalı vardı.

TechCrunch-ın ortaya çıxardığı məlumat bazasının da bu yollarla yarada bilinəcəyi düşünülür.


Facebook 200 milyona yaxın istifadəçisinin telefon nömrələrinin "ifşa olunduğunu" təsdiqlədi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusunun genişmiqyaslı təlimi keçiriləcək
    Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 12-də Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayacaq.
     11.11.2019
    Gürcüstanda 100 obyekt özəlləşdirilməyə çıxarılacaq
    Gürcüstanda bu ay ərzində 100 obyekt özəlləşdirilməyə çıxarılacaq.
     11.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ