EURO 1,8816 TRY 0,2946
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:24.01.2019 10:50:05

"Canlı yayım etmək mümkün deyil, nə video, nə də foto göndərə bilirsən. İnternet şəbəkəsi ümumiyyətlə olmur"

"Mitinqdən az qala bir saat əvvəl internet işləməməyə başlamışdı", ötən şənbə Bakının Yasamal rayonunda keçirilmiş mitinqdə iştirak etmiş "Müsavat" partiyasının başqan müavini Səxavət Soltanlı deyir.

O, bunun əvvəlki illərdə də müşahidə edildiyini söyləyir.

"Canlı yayım etmək mümkün deyil, nə video, nə də foto göndərə bilirsən. İnternet şəbəkəsi ümumiyyətlə olmur", ərazidə işləyən jurnalistlərdən biri BBC News Azərbaycancaya deyib.

Şənbə günü mitiqinin keçirildiyi "Məhsul" stadionunun ətrafında yaşayan sakinlər də BBC News Azərbaycancaya aksiya başlayıb bitənə qədər evlərində internet şəbəkəsinin kəsildiyindən şikaylətləniblər.

Mobil operatorlar BBC News Azərbaycancaya açıqlamalarında mitinq keçirilən ərazidə internet kəsintisini "insanların müəyyən ərazidə sıx toplaşması səbəbindən şəbəkənin yüklənməsi", istifadə olunan cihazın bəlli "texnologiyaları dəstəkləməsi" və "hər hansı kənar maneə mənbələri" ilə əlaqələndiriblər.

Nəqliyyat Rabitə və Yüksək Texnologiyaları Nazirliyindən isə şərh almaq mümkün olmayıb.

 

Mitinqin başlamasına bir saat qalmış...


"Çəkdiyim materialları göndərmək üçün mitinq ərazisindən çıxıb təxminən 200 metr uzaqlaşırdım ki, telefonum mobil internet şəbəkəsinə qoşulsun", 19 yanvar mitinqini işıqlandıran BBC News Azərbaycancanın müxbiri müşahidələrini bölüşür.

Onun sözlərinə görə, mitinqin başlamasına təxminən bir saat qalmış ərazidə interneti kəsiblər.

"Nə mobil operatorların, nə də digər internet provayderlərin interneti işləyirdi. Hər dəfə də stadiondan çıxıb materialı göndərib qayıtdıqda, yenidən yoxlamadan keçməli olurdum", BBC News Azərbaycancanın müxbiri deyir.

"Maraqlıdır ki, stadionda işləməyən mobil internet, həmin ərazidən cəmi 4-5 dəqiqə uzaqlaşan kimi normal sürətlə işləyirdi. Üstəlik mitinq bitdikdən təxminən yarım saat sonra ərazidə internetin verilməsi bərpa olundu", o əlavə edir.

 

"Bura gələndən telefonum işləmir"


"Bayaqdan zəng edirəm, ancaq telefonum işləmir, əvvəllər mitinq zamanı necə olub bilmirəm, ancaq bu gün bura gələndən telefonum işləmir", mitinq iştirakçısı Əntiqə Xurşudova yanvarın 19-da mitinqdə BBC News Azərbaycancanın müxbirinə deyib.

"İstifadə etdiyim iki mobil operatorun heç birində internet yoxdur", digər bir mitinq iştirakçısı, AXCP Ali Məclisin üzvü, Cabbar Savalanlı da mitinq zamanı telefonunda mobil datanın işləmədiyini bildirib.

"Məncə, hər dəfə mitinq keçirilən ərazidə internetin kəsilməsi canlı yayımlara çıxmağın qarşısının alınması, görüntünün anında ötürülməsinə mane olmaq məqsədi daşıyır. İstifadə etdiyim iki mobil operatorun heç birində internet yoxdur", fəal BBC News Azərbaycancaya deyib.

 

"Son 5 ildə mitinqlərdə internetin kəsilməsi davamlı olub"


Ötən şənbə Bakının Yasamal rayonunda keçirilmiş mitinqdə iştirak etmiş "Müsavat" partiyasının başqan müavini Səxavət Soltanlı deyir ki, son 5 ildə mitinqlərdə internetin kəsilməsi "davamlı olub".

Azərbaycanda bəzi məhbuslara niyə yeni ittihamlar irəli sürülür?
"20 yanvar günündə də Şəhidlər Xiyabanında minlərlə insan vardı, amma biz internetdən maneəsiz istifadə etdik", o əlavə edir.

 

"Hər hansı öhdəlik"


Mitinq keçirilmiş ərazidə internetdə fasilə yaranmasını ölkənin mobil telefon operatorları mümkün hesab edirlər, ancaq onlar bunu ərazidə çox adam olduğundan "şəbəkədə yüklənmə yaranması" ilə izah edirlər.

"Azercell Telecom"dan BBC News Azərbaycancaya bildiriblər ki, ötən həftə - eləcə də mitinqin keçirildiyi gün "telekommunikasiya xidmətlərinin göstərilməsinə hər hansı məhdudiyyət tətbiq edilməyib".

İnternetin sürəti isə "əhatə dairəsi, istifadə olunan cihazın bəzi texnologiyaları dəstəkləməsin və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin, həmçinin, cihazda eyni zamanda paralel aparılan yükləmələrin sayından asılı olaraq dəyişə bilər", qurum BBC News Azərbaycancaya yazılı bildirib.

"Azercell Telekom" MMC onu da vurğuıayıb ki, müştərilər qarşısında istənilən ərazidə və təbii şəraitdə, o cümlədən, hər hansı ünvanda və ya konkret ünvanın hansısa bir hissəsində aramsız və keyfiyyətli rabitə ilə təmin edilməsiylə bağlı hər hansı öhdəlik götürməyib.

Bakcell və Azerfon (Narmobile) mobil operatorları da həmin gün ərazidə internetin olmamasını "ərazidə adamların çoxluğu" ilə əlaqələndirirlər.

 

"Qanunvericiliyin pozulmasıdır"


İnformasiya Texnologiyaları üzrə təhlilçi Osman Gündüz isə deyir ki, mitinq ərazisində internetin kəsilməsi "qanunvericiliyin pozulmasıdır".

"Dövlət tərəfindən icazə verilmiş hansısa bir tədbir keçirilirsə, aidiyyatı qurumlara öhdəlik qoyulmalıdır ki, normal informasiya mübadiləsi üçün şərait yaratsınlar. Telekommunikasiya və mobil operatorların borcudur ki, informasiya mübadiləsinin normal qaydada aparılmasını təmin etsinlər", o deyib.

Osman Gündüz düşünür ki, internet təminatçıları bəlli ərazilərdə öz antennalarını söndürərək, müştəriyə xidmət verməyi istədikləri vaxt dayandıra bilər.

"Bəhanə gətirə bilərlər ki, baza stansiyalarının gücü həmin toplaşan əhaliyə çatmır. O zaman bu qurumların mobil baza stansiyaları var. Və o baza stansiyalardan mobil antennalardan istifadə edib xidməti təmin etsinlər. Etməlidirlər. Nəqliyyat Rabitə və Yüksək Texnologiyaları Nazirliyi lisenziya verir, nəzarət etməlidir və sorğulamalıdır ki, bunlar niyə işləməyib?".

Osman Gündüz vətəndaşların "öz mobil cihazlarında kiçik test etsələr, mobil datanın xidmətindən istifadə etdikləri operator tərəfindən söndürülüb-söndürülmədiyini müəyyənləşdirə" biləcəklərini deyir.

Nəqliyyat Rabitə və Yüksək Texnologiyaları Nazirliyindən isə BBC News Azərbaycancanın suallarına cavab almaq mümkün olmayıb.


Etiraz aksiyaları zamanı internet niyə işləmir?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "Liverpul"un baş məşqçisi Yurgen Klopp "Barselona"dan "Bavariya"ya icarəyə verilən sabiq futbolçusu Filippe Koutinyo haqda danışıb.
     23.08.2019
    Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzindən siyasi və dini liderlərə müraciət
    Qafqaz Müsəlmanları İdarəsi nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb.
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ