EURO 1,8964 TRY 0,2805
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:16.10.2018 09:55:34

E.Əsədov bir neçə müddət idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi.

Bu gün səhər saatlarında “Qarabağ qaziləri” İctimai Birliyinin sədri, ölkənin tanınmış ictimai xadimi, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədov vəfat edib.

İslamazeri.com-un məlumatına görə, bu barədə Qaziler.az saytına onun döyüşçü dostları xəbər verib.

E.Əsədov bir neçə müddət idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi.

Əsədov Etimad Savalan oğlu 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənddə orta məktəbi bitirib. 1982-1984-cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991-ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam Ərazi Özünümüdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” İctimai Birliyinin sədridir.


Etimad Əsədov vəfat etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “İnterpol” xətti ilə axtarışda olan İran vətəndaşı Bakıya gələrkən tutulub
    “İnterpol” xətti ilə beynəlxalq axtarışda olan şəxs Bakıya gələrkən tutulub.
     22.05.2019
    Azərbaycanda piyada vurulmaları ən çox bu vaxt baş verir
    Son günlər bu mövzuda müzakirələri, xüsusən də piyada vurulması ilə bağlı qorxunc statistika gündəmdədir.
     22.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ