1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:09.12.2018 14:30:03

Ermənistan tarixində bu gün ilk dəfə növbədənkənar parlament seçkiləri keçirilir.

Ermənistan tarixində bu gün ilk dəfə növbədənkənar parlament seçkiləri keçirilir.

Səhər saat 8:00-dan respublikada 2010 seçki məntəqəsi aşılıb və saat 20:00-dək işləyəcək. Seçki Məcəlləsinə əsasən, respublika ərazisində 13 seçki dairəsi açılıb, dördü - paytaxt Yerevanda, qalanı - bölgələrdə.

Ermənistan polisinin rəsmi məlumatıma görə, səs vermə hüququna malik vətəndaşların sayı 2 milyon 573 min 779 nəfərdir.

Seçkiqabağı təşviqat kampaniyası cəmi 12 gün davam edib: noyabrın 26-da başlayıb və 7 dekabr gecə yarısı başa çatıb.

Fəaliyyətdə olan Milli Məclisi buraxıb növbədənkənar parlament seçkilərini keçirmək üçün Ermənistan baş naziri Nikol Paşinyan oktyabrın 16-da istefa verib, və Milli Məclis, Konstitusiyaya əsasən, iki həftə ərzində iki dəfə yeni baş nazir namizədinin əleyhinə səs verdikdən sonra, Milli Məclis buraxılıb, və prezident yeni parlament seçkiləri gününü 9 dekabr tarixinə təyin edib.

Seçkilərdə yeni Milli Məclis mandatları üçün Mərkəzi Seçki Komissiyası tərəfindən 11 siyasi qüvvə qeydə alınıb - 9 partiya və 2 seçki bloku:

  • Sabiq prezident və baş nazir Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçı Partiyası (lakin Serj Sarkisyanın adı seçki siyahılarına daxil edilməyib);
  • "Vətəndaş qərarı" sosial-demokrat partiyası;
  • "Daşnaksutyun" Erməni İnqilabi Federasiyası;
  • baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" bloku;
  • Maariflənmiş Ermənistan Partiyası;
  • Milli-Xristian Dirçəlişi Parrtiyası;
  • Milli Tərəqqi Partiyası;
  • "Biz" bloku;
  • Qanunçuluq Ölkəsi Partiyası;
  • 2016-cı il yayında Yerevan keşikçi-patrul xidməti alayı binasını silahla zəbt edib iki həftə saxlamış və 2018-ci il yazında Nikol Paşinyanın başçılıq etdiyi "məxməri inqilab"ın qələbəsindən sonra həbs cəza tədbirləri dəyişilib azadlığa buraxılan "Sasna tsrer" silahlı dəstənin yaratdığı Ümumerməni Sasna Tsrer Partiyası;
  • Ermənistanın ən varlı biznesmenlərindən biri Qaqik Tsarukyanın başçılıq etdiyi Firavan Ermənistan Partiyası. 

    Parlamentə seçilmək üçün partiyalar üçün 5, bloklar üçün 7 faizlik hədd təyin edilib.

    Seçki Məcəlləsinə görə, seçkilərin nəticələrinə əsasən, Milli Məclisdə ən azı 3 siyasi qüvvə təmsil olunmalıdır.

    Qalib qüvvə baş nazir namizədini təklif edir. 

    Seçkilərin gedişini işıqlandırmaq üçün 70 yerli və 32 xarici kütləvi informasiya vasitələri akkreditə olub.

    Mərkəzi Seşki Komissiyasının qərarı ilə 1500 seçki məntəqəsində səsvermənin gedişi və səsvermədən sonra səslərin hesablanması prosesi izləmək üçün videokameralar qurulub.

    Seçkilərə yerli 22 ictimai təşkilatın 17 min nümayəndəsi, eləcə də 8 beynəlxalq təşkilat nümayəndələri müşahidə edəcəklər, - o cümlədən, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, AŞPA Parlament Assambleyası, MDB Parlamentlərarası Assambleyası və s.

    Yalnız sabiq hakim Ermənistan Respublikaçı Partiyası seçicilərlə kütləvi görüşlərdən imtina edib. (BBC Azərbaycanca)


Ermənistanda bu gün növbədənkənar parlament seçkiləri keçir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tokayevdən Trampa Çin mesajı
    ABŞ Çinlə davam edən ticarət müharibəsində kompromis tapmalı və Çini çıxılmaz vəziyyətə salmamalıdır.
     18.06.2019
    Gürcüstanda məktəbdə yanğın
    Gürcüstanda məktəbdə yanğın baş verib
     18.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ