EURO 1,8361 NEFT 57
USD 1,7352 RUB 0,03
  1. http://www.islamazeri.az/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.01.2017 14:17:36

Beynəlxalq Qırmızı Xaç Komitəsi erməni tərəfinə müraciət edərək dekabrın 29-da Ermənistanla sərhəddə baş vermiş toqquşmalar zamanı həlak olan və cəsədi düşmənin nəzarətindəki ərazidə qalan Azərbaycan əsgəri Çingiz Qurbanovun cəsədinin qaytarılmasını istəyib.

Lakin erməni tərəfi bildirib ki, sərhəddə baş verənlərlə bağlı hansısa istintaq aparılır və bu səbəbdən cəsədin ekspertizası həyata keçirilir. Ekspertiza başa çatmadan cəsədin qaytarılmasından söhbət gedə bilməz.

Üstəlik erməni tərəfinin daha bir alçaqlığı ortaya çıxıb. “Aykakan jamanax” qəzetinin yazdığına görə erməni tərəfi Beynəlxalq Qırmızı Xaç vasitəsilə çatdırıb ki, əgər Azərbaycan Ermənistan ərazisinə hücum faktını təsdiq edib “günahını boynuna alsa” əsgərin cəsədinin qaytarılması sürətlənəcək.

Bu, Ermənistan hakimiyyətinin beynəlxalq müharibə qanunlarını və insanlıq normalarını necə həyasızcasına tapdaladığını bir daha ortaya qoyur və belə vəziyyətdə düşmənlə onun başa düşdüyü dildə danışmaqdan başqa yol qalmır.(virtualaz.org)


Ermənistan şəhidimizin cəsədini qaytarmaq üçün şərt qoyub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Livan parlamentinin spikeri: İran bu əməlinə görə hədəfə alınır
    Livanın parlament sədri Nəbih Berri Tehranda keçirilən Fələstin konfransında çıxış edib...
     21.02.2017
    Sergey Lavrov: ABŞ Rusiya səfirini dinləyib
    Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ məlumat sistemlərinin Rusiya səfirini dinlədiklərini bildirib...
     21.02.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ