1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:18.09.2019 11:08:20

Ermənistan Polisinin rəisi (daxili işlər naziri) Valeri Osipyan istefa verib.

Ermənistan Polisinin rəisi (daxili işlər naziri) Valeri Osipyan istefa verib.

“Report” “Novosti-Armeniya”ya istinadən bildirir ki, onun işdən çıxdığının bu gün rəsmi şəkildə elan olunacağı gözlənilir.

V.Osipyan istefa ərizəsini Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasından sonra yazıb.

Yerli KİV-in məlumatına əsasən, güc strukturlarının bütün rəhbərləri istefa verəcək.

Qeyd edək ki, sentyabrın 16-da Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan istefa verib. Elə həmin gün onun ərizəsi baş nazir və prezident tərəfindən təsdiqlənib.

Xatırladaq ki, V.Osipyan 1970-ci il aprelin 17-də Türkmənistanın Aşqabad şəhərində anadan olub. 1991-ci ildən Daxili İşlər Nazirliyində işləyir. O, 2012-2018-ci illərdə Yerevan Polis İdarəsi rəsisnin müavini olub. 2018-ci il mayın 10-da Ermənistanın Polis rəisi vəzifəsinə təyin edilib. 


Ermənistan Polisinin rəisi istefa verib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayasofyada ibadətlər 24 iyulda başlayacaq
    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib
     11.07.2020
    Çox dilli Shafaqna agentliyinin Azərbaycan dilində saytı fəaliyyətə başladı
    "Çox dilli Shafaqna.com agentliyinin azərbaycanca bölməsi fəaliyyətə başlayıb."
     11.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ