EURO 1,9941 NEFT 62,35
USD 1,7002 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:15.07.2017 16:40:40

Erməni əsilli Türkiyəli yazıçı Sevan Nişanyan həbsxanadan qaçaraq ölkə xaricinə çıxıb. Nişanyan fərariliyini sosial şəbəkə səhifələrindən, "Quş uçdu. Sağ əlim geridə qalan 80 milyonun başına",- paylaşımı ilə bildirib.

Erməni əsilli Türkiyəli yazıçı Sevan Nişanyan həbsxanadan qaçaraq ölkə xaricinə çıxıb. Nişanyan fərariliyini sosial şəbəkə səhifələrindən, "Quş uçdu. Sağ əlim geridə qalan 80 milyonun başına",- paylaşımı ilə bildirib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Nişanyanın bu gün səhər 09.45-də həbsxanaya təslim olması lazım idi. Ancaq Nişanyanın axşam saatlarına qədər təslim olmadığı öyrənilib.

Nişanyan İzmirin, Səlcuq ilçəsinin Şirincə məhəlləsində tarixi sahəsindəki ərazidə iki dəfə möhürlənməsinə baxmayaraq ev tikdiyi səbəbilə həbs olunmuşdu.

Erməni yazıçı əleyhinə dəqiqləşən cəzalar möhür pozma və 2863 Saylı Türkiyə Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qanununa müxalifət cinayətlərindən doqquz ayrı işdən ibarət idi.

11.5 il qəti həbs cəzası olan və 3 ildir həbsxanada olan Sevan Nişanyan Aydın ilinin Yenipazar Həbsxanasından Sultanhisar Açıq Həbsxanasına köçürülərkən "Agos"a etdiyi açıqlamada, açıq həbsxanada şərtlərin daha yaxşı olacağını söyləyərək, "İmkanlar çox daha yaxşıdır, çöldə jandarm gözləmir, gün ərzində istədiyimiz kimi bağda gəzə bilirik, xəstəxanaya getmək məcburiyyətində qaldıqda böyük təhlükəsizlik tədbirləri alınmır. Bundan əlavə, üç ayda bir icazə verilir və gün ərzində istədiyimiz vaxt zəng edə bilirik" demişdi.

Yazıçı fərariliyini sosial şəbəkədən etdiyi "Quş uçdu. Sağ əlim geridə qalan 80 milyonun başına",- paylaşımı ilə bildirib.


Erməni yazıçı Türkiyədə həbsxanadan qaçıb paylaşım etdi: "Quş uçdu..."

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda zavodda partlayış: Ölən və xəsarət alan var
    Bakıda zavodda partlayış olub.
     20.11.2017
    Terrorçular təslim oldu, aralarında azərbaycanlı azyaşlı da var... VİDEO
    Azərbaycanlı azyaşlı İŞİD-çinin də aralarında olduğu onlarla terrorçu təslim olub
     20.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ