1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:25.12.2016 15:43:27

Azərbaycanda bəzi mediaların hədəfinə tuş gələn İran prezidentinin Ermənistana səfəri erməni mediasının da tənqidinə tuş gəlib

İslamazeri.az xəbər verir ki, Ermənistanın "armeniareport" saytında Nils Arutunyan yazdığı məqalədə İran prezidenti Həsən Ruhaninin Ermənistana etdiyi  səfər zamanı erməniləri təhqir etdiyini iddia edib. 

Məqalədə bildirilir ki, Həsən Ruhaninin səfərindən öncə Ermənistan XİN açıqlama yayıb. Açıqlamada "İran prezidentinin səfəri çərçivəsində İran tərəfi bizə müraciət edərək təkid edib ki, "Soyqırım Abidəsi"nin ziyarəti səfər protokolundan çıxarılsın. Buna səbəb isə, bəzi ölkələrin narahat ola biləcəyi göstərilib."

Məqalənin davamında bildirilir ki, bu "narahat ola biləcək ölkələr"  deyildikdə, Azərbaycan və Türkiyə nəzərdə tutulub. Nəticə olaraq, rəsmi İrəvan "Soyqırım Abidəsi"nin ziyarətini səfər proqramından çıxarmalı olub."

Məqalənin davamında deyilir: "Nə oldu? Niyə Sarkisyan farslara bizim şərəf və ləyaqətimizi tapdalamağa izin verdi? Hansı haqla, Sarkisyan üzünə tüpürdükləri halda yağış yağdığı təəssüratını yaradırdı? Belə çıxır ki, Ruhani səfəri zamanı ən çox Azərbaycan və Türkiyəni narahat etməməyi düşünüb."

İsrail baş nazirinin Bakıya səfərinə işarə edən yazar: "Bakı çox gümanki Netanyahunu qəbul edərkən İran və Ruhaninin narahat olması haqda heç düşünməyib. Beləliklə, Ruhani və Sarkisyan erməni xalqını alçaltdılar. Biz daha nə gözləməliyik? Farslar müsəlman olmaqla yanaşı, xaindirlər və öz maraqlarına zidd olan bir şeyi etməzlər."

Qeyd edək ki, armeniareportun bu yazısı bəzi saytlarda da yayımlanıb.


Erməni mediası: Ruhani ermənilərin milli ləyaqətini alçaltdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Tbilisi “Cümə” məscidində bayram namazı - FOTO
    Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı.
     26.06.2017
    Sahil qəsəbəsindəki Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı - FOTO
    Bakının Sahil qəsəbəsindəki "Fatimeyi Zəhra" məscidində Hacı Fazil İmanlının imamətliyilə fitr bayramının namazı qılınıb. İslamazeri.com xəbər verir ki, bayramda çox sayda inanclı iştirak edib.
     26.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ