1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:06.02.2018 11:10:37

Los-Anceles şəhərində həbs olunan erməni əsilli ABŞ vətəndaşı Artyom Qasparyan Cinayət Məcəlləsinin 32 maddəsi ilə ittiham olunur.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, 34 yaşlı A.Qasparyanın təqsirli bilindiyi epizodlardan biri 37 yaşlı Adan Koreanın qətli ilə bağlıdır. 

İttihama görə, o, avtomobillə hərəkət edən A.Koreaya odlu silahdan atəş açaraq onu qətlə yetirib.

Artyom Qasparyan adamları oğurlayaraq 11 qətl törətməkdə, 6 qarətdə, 5 avtomobili atəşə tutmaqda, 2 nəqliyyat vasitəsini qaçırmaqda, adamların üstünə maşın sürməkdə, qanunsuz odlu silah gəzdirməkdə, hücumda və başqa cinayətlərdə ittiham olunur.

Məlumata görə, o, bir qadını və üç uşağı avtomobillə vurub hadisə yerindən qaçmq istəyərkən, polisn açdığı atəş nəticəsində yaralanıb və tutulub. A.Qasparyan məhkəmə iclasına əlil arabasında gətirilib.

Erməni əsilli ABŞ vətəndaşının işi üzrə məhkəmənin növbəti iclası fevralın 15-də keçiriləcək. Prokurorun ona ölüm hökmü istəyəcəyi gözlənilir.  


Erməni əsilli ABŞ vətəndaşı 11 nəfəri qətlə yetirməkdə ittiham olunur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda çoxmərtəbəli binada yanğın olub, 8 nəfər təxliyə edilib
    Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən, ümumi sahəsi 110 m2 olan 4 otaqlı mənzilin bir otağında ev əşyaları 15 m2 sahədə yanıb.
     25.02.2018
    İndoneziyada sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb
    İndoneziyanın Mərkəzi Yava əyalətində baş verən sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.
     25.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ