1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:08.01.2020 11:13:35

Azərbaycan-Ermənistan sərhəddində təmas xəttində Ermənistanın təxribatı nəticəsində azərbaycanlı sərhədçi şəhid olub.

İslamazeri.com xəbər verir ki, yanvarın 7-də Azərbaycan-Ermənistan sərhəddində təmas xəttində Ermənistanın təxribatı nəticəsində azərbaycanlı sərhədçi şəhid olub.

“Ermənistan Silahlı Qüvvələri Azərbaycan-Ermənistan təmas xəttində atəşkəs rejimini kobud şəkildə pozaraq növbəti dəfə təxribat törədib. Sərhədçi Füzuli Fərzəliyev çərşənbə axşamı saat 14:56-da Qazax rayonunun Quşçu Ayrım kəndində düşmən tərəfindən snayper atəşi nəticəsində həlak olub”, - yanvarın 7-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidməti bildirib. 

Eyni zamanda qurum sərhədçinin  Azərbaycan tərəfinin ön cəbhədə mühəndislik işləri aparmaq və öz mövqelərini irəli çəkmək cəhdləri ilə əlaqədar öldürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsinin məlumatını təkzib edib.

“Bu ərazidə Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri heç bir mühəndislik işləri aparmayıblar. Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin bu bəyanatı yalandır və Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması faktına bəraət qazandırmaq cəhdidir, həmçinin ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır”, - Azərbaycan DSX bildirib


Erməni düşmənin atəşi nəticəsində sərhədçimiz şəhid oldu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gecə döyüşləri: Düşmənin itirdiyi hərbi texnika, önəmli komandirlərin məhv edilməsi - MN İNFO
    Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat verdi
     19.10.2020
    Prezident İlham Əliyev: Cəbrayılın 13 kəndi işğaldan azad edilib
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.
     19.10.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ