O, illərdir xəstəlikdən əziyyət çəkir və sizdən yardım diləyir.

Hər bir insan üçün onun sağlamlığı böyük əhəmiyyət kəsb edir. Yüngül xəstəliyin belə, əziyyətli olduğundan və maddi tərəflərindən çoxları xəbərdardır.
41 yaşlı Elxan Əhmədov 10 ildir ki, böyrək çatışmazlığından əziyyət çəkir. Maddi sıxıntı ücbatından Elxanın xəstəliyi daha da irəliləyib. 5 il ərzində ildə 2-3 dəfə müalicə və müayinə üçün İrana səfər edib. Qeyd etdiyimiz kimi, maddi səbəblərdən dolayı Elxanın müalicəsi istənilən nəticəni verməyib.
2 il öncə isə E.Əhmədov əməlliyyat keçirmək məcburiyyətində olub. Sidik kisəsində yaranan problem səbəbindən böyrəkləri funksiyasını itirib. Həkimlərin müdaxiləsindən sonra mədəsi kəsilərək sidik kisəsi genişləndirilib. Lakin bu, yalnız kritik vəziyyətin aradan qalxmasına kömək edib.
Təxminən 15 gün öncə müayinədən sonra E.Əhmədovun böyrəklərinin cəmi 10-12 faiz funksiyasını yerinə yetirdiyi məlum olub. Bu səbəbdən həkimlər onun böyrəklərinin 6 ay ərzində dəyişilməsinin vacib olduğunu bildirib.
Elxan Əhmədov hamı kimi normal həyat yaşamaq istəyir. Lakin böyrək çatışmazlığı ona çətinlik içərisində yaşamağı məcbur edib.
Onun əziyyət çəkdiyi xəstəlik ata olmaq arzusunun gerçəkləşməyinin də qarşısını alıb.
Elxanın yenidən normal həyata qayıtmasında imkanlı şəxslərin diqqətinə ehtiyac var. O, illərdir çəkdiyi əziyyətdən və ağrılardan qurtarmaq üçün sizdən kömək istəyir.
Yardım etmək istəyənlər bu nömrələrlə əlaqə saxlaya bilərlər:
055-530-55-28
055-653-19-39 (Whatsapp)
İSLAMAZERİ.COM
Elxan yenidən həyata qayıtması üçün sizdən kömək istəyir - FOTOLAR