EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.03.2017 12:00:28

Martın 16-da Nəsimi Rayon Məhkəməsində Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin həbsdə olmayan sonuncu üzvü Elxan İsgəndərov barəsində həbs-qətimkan tədbiri seçilib.

Hakim Babək Həsənov ilkin istintaq dövrü üçün həbs müddətini 3 ay 11 gün müəyyənləşdirib. Bu haqda AzadlıqRadiosu-na vəkil Fariz Namazlı məlumat verib.

Elxan İsgəndərova Cinayət Məcəlləsinin 10 maddəsi əsasında ittiham irəli sürülüb. Onların arasında terrora cəhddən tutmuş, silahlı qrup yaratma və hakimiyyəti zorla ələ keçirməyədək ağır maddələr var.

Nardaran əməliyyatından sonra həbs olunan və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi davam edən 24 nəfər də eyni maddələrlə suçlanırlar. Hərəkatın İdarə Heyətinin digər üzvləri həbs edilərkən, Elxan İsgəndərov gizləndiyindən, haqqında axtarış elan olunmuşdu.

Elxan İsgəndərov məhkəmədə heç bir cinayət törətmədiyini və ittihamları qəbul etmədiyini bildirib. O, Müsəlman Birliyi Hərəkatının sifarişiylə “Vəhdət” futbol turniri təşkil etdiyini, birliyin üzvləri həbs olunarkən, qorxusundan gizləndiyini söyləyib.

Elxan İsgəndərov daha sonra Sabunçu Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına aparılıb.

Onun vəkili Fariz Namazlı həbs qərarından apellyasiya şikayəti verəcək.

Vəkilin sözlərinə görə, Elxan İsgəndərovu martın 14-də gecə saat 2-də evində başına torba keçirərək aparıblar. Hara aparıldığı barədə ailəsinə heç bir məlumat verilməyib.


Elxan İsgəndərov 10 maddə ilə ittiham olunur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünya mediası: Barzani peşmərgəsi Süleymaninin təhdidilə Kərkükdən çəkilib
    Dünya mediası Kərkükün İraq ordusuna necə təslim edilməsinin arxasında duran ismin kimliyini açıqlayıblar
     22.10.2017
    “Əhli-beyt sevənlərin yurdu Azərbaycan”- Sənədli film
    İslamazeri.com xəbər verir ki, İslam.az və "Brant produstion"ın birgə “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmini hazırlayıb
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ