EURO 1,9983 NEFT 64,06
USD 1,7001 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:04.10.2017 15:35:35

Hədis tamamilə təhrif edilərək mənası dəyişdirilib.

Azərbaycanda Aşura günü böyük izdihamla qeyd olunduqdan sonra sosial şəbəkələrdə və yerli mediada ciddi müzakirələr aparıldı.

İş o yerə çatdı ki, Aşurada iştirak edənlər Suriyada döyüşən radikal terrorçularla eyniləşdirildi. Belə fikirlərdən sonra dindar kəsimin nümayəndəsi Sarvan Mübarizoğlu  Aprel döyüşlərinin şəhidi Emin Bağırovun məzarının kənarında olan anasının şəklini paylaşaraq ironiya ilə "Suriya torpaqlarında həlak olmuş 20 yaşlı kəşfiyyatçı "terorist" və onu "terorist" kimi böyüdən "radikal" dindar" yazıb. Elşad Miriyə məxsus olan sayt isə bunu şəhidə qarşı hörmətsizlik kimi qələmə verərək xəbər hazırlayıb. Xatırladaq ki, Emin Bağırov sağlığında ikən şiə məzhəbinə mənsub olub və hərbidən döndükdən sonra Kərbəla ziyarətinə getmək arzusu olub. Lakin Aprel döyüşləri səbəbindən qəhrəman şəhidimizin  arzusu gerçəkləşməyib. Bu məlumatı şəxsən Eminin atası İmran kişi İslamazeri.com əməkdaşı ilə söhbəti zamanı deyib. Məhz bu səbəbdən yaxınları Kərbəlaya gedən zaman şəhidimizin şəkli olan plakatla müqəddəs torpaqları ziyarət ediblər. 

Gələk ilahiyyatçı kimi özünü qələmə verən Elşad Mirinin saytının növbəti əməlinə. Sözügedən saytda "Kəbədə "qan fəvvarəsi"nin hardan qaynaqlandığı məlum oldu" başlıqlı məqalə dərc edilib. Həmin yazıda İslam peyğəmbərinə (s) aid hədis qeyd olunub. Lakin hədis tamamilə təhrif edilərək mənası dəyişdirilib. Belə ki, məqalədə ikinci xəlifə Ömər ibn Xəttabın dilindən Kəbədəki qara daş haqqında dedikləri bu cür yazılıb: “Bilirəm ki, sən ancaq daşsan, nə xeyir verə bilərsən, nə zərər gətirə bilmərsən. Peyğəmbərimizin (s.ə.s) səni öpdüyünü görmədiyim üçün, mən də səni öpmürəm”.

Amma sünni mənbələrindəki sözügedən rəvayəti araşdırdıqda məlum olur ki, qeyd edilənlər kökündən təhrif edilib. Əhli-Sünnənin ən məşhur 6 kitabından birincisi sayılan "Səhih əl-Buxari" əsərində hədis belə yazılıb: "Mən bilirəm ki, sən (adi bir) daşsan - nə zərər, nə xeyir verə bilərsən. Hərgah mən Peyğəmbərin (s) səni öpdüyünü görməsəydim, səni öpməzdim". (əl Buxari, 1597) (Səhih əl-Buxari (müxtəsər), İkinci nəşr, Ərəb dilindən tərcümə edən: Əlixan Musayev, səh. 298).


Elşad Mirinin saytı Peyğəmbərimiz (s) barədə hədisi təhrif etdi - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Xaricdə əyani təhsil alan tələbələr Azərbaycanın təhsil müəssisələrinə belə köçürüləcəklər
    Ölkə daxilində bakalavriat və magistratura səviyyəsində köçürülmə zamanı tələbənin qəbul imtahanında topladığı bal əsas götürüləcək
     13.12.2017
    Türkiyənin müxtəlif şəhərlərində geniş ANTİ-FETÖ əməliyyatı
    Fətullah Gülənin terror qruplaşması ilə əlaqədə şübhəli bilinən şəxslərə qarşı növbəti əməliyyat keçirilib
     13.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ