EURO 1,8962 TRY 0,2805
USD 1,7 RUB 0,0263
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:18.01.2019 15:13:45

“Elmlər Akademiyası” stansiyasının əsas çıxışı bağlanıb.

“Elmlər Akademiyası” stansiyasının əsas çıxışı bağlanıb.

Bunu Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, əsas çıxışın bağlanması sərnişinlərin təhlükəsiz giriş-çıxışını təmin etmək üçündür:

“Güclü küləklə bağlı iki gündür sərnişinlərin giriş-çıxışı çətin olurdu. Hər iki tərəf açıq olduğundan giriş-çıxışlarda güclü şimal küləyi təhlükə yaradırdı. Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün külək azalana qədər və stansiyada sərnişin axınının az olmasını nəzərə alaraq əsas çıxış bağlanıb. Hazırda əsas girişin qapısı iki hissəli şəkildə açılıb və sərnişinlər əsas girişin bir hissəsindən istifadə edərək metrodan çıxırlar”.

B.Məmmədov onu da qeyd edib ki, mövcud hava şəraiti ilə əlaqədar ciddi nəzarət var:

“Təhsil müəssisələrində tədris prosesi dayandırıldığından, hələlik sərnişin sıxlığı müşahidə edilmir. Əgər sərnişin sıxlığı müşahidə edilərsə, əsas çıxış yenidən açılacaq”.


“Elmlər Akademiyası” stansiyasının çıxışı bağlanıb - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İmam Həsənin (ə) mövlud günüdür
    Bu gün Peyğəmbərimizin (s) sevimli nəvəsi, İmam Əlinin (ə) və Həzrəti Fatimənin (s.ə) böyük oğlu, müsəlmanların 2-ci imamı həzrəti Həsənin (ə) mövlud günüdür.
     21.05.2019
    Azərbaycan neftinin bu günə olan qiyməti
    Azərbaycan neftinin bu günə olan qiyməti haqqında məlumat
     21.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ