EURO 1,919 NEFT 65,66
USD 1,7 RUB 0,025
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:09.07.2018 11:20:35

İyulun 3-də axşam saatlarında silahlı hücuma məruz qalaraq ağır yaralanan Gəncənin icra başçısı Elmar Vəliyevin yaxın adamı, deputat Naqif Həmzəyev həmkarı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalını sərt ittiham edib. O, bu barədə öz facebook səhifəsində status paylaşıb.

İyulun 3-də axşam saatlarında silahlı hücuma məruz qalaraq ağır yaralanan Gəncənin icra başçısı Elmar Vəliyevin yaxın adamı, deputat Naqif Həmzəyev həmkarı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalını sərt ittiham edib. O, bu barədə öz facebook səhifəsində status paylaşıb.

İslamazeri.com "Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin statusda deputat deyib ki, Fəzail Ağamalı dövlət məmuruna qarşı törədilən terror aktına münasibət göstərmək əvəzinə ”İcra başçısı xalqın yanında olmalıdır. Onun yanında mühafizəçinin nə işi var?" deyir.

"Fəzail Ağamalı Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi son 7 ilə nəzər salsa, Gəncənin yeni tarixini vərəqləsə, məmur-vətəndaş münasibətlərinin necə olduğunu aydın görə bilər. Elə də böyük olmayan 7 il ərzində ölkədə ikinci bir şəhər tapılmaz ki, Gəncə kimi inkişaf etsin. Şəhərin elə bir ərazisi yoxdur ki, orada təmir, abadlıq, quruculuq işləri getməsin. Elmar Vəliyev şəhərdə gedən bütün abadlıq-quruculuq işlərinə birbaşa özü nəzarət edib, daim xalqla təmasda olub. İstənilən vaxt şəhər sakinləri icra başçısına problemləri ilə bağlı müraciət ediblər. "Hadisənin üzərində xüsusi dayanmaq istəməzdim”, deyən Fəzail Ağamalıdan xahiş edərdik ki, məmur-vətəndaş münasibətlərinin ən yaxşı nümunəsi olan Gəncə şəhərində mütəmadi keçirilən vətəndaş qəbullarını nəzərdən keçirsin və Gəncədə həyata keçirilən müsbət işlərə kölgə salmasın".

Xatırladaq ki, F.Ağamalı bir neçə gün əvvəl "Yeni Müsavat”a açıqlamasında E.Vəliyev barəsində bu sözləri demişdi: "Bütün Azərbaycan cəmiyyətinə bəllidir ki, Elmar Vəliyev istər Yevlaxda, istərsə də Gəncədə məmur olanda bu cür davranışlar edib. Bu barədə internet resurslarında yayılan videoları izləmək kifayətdir. Əlbəttə ki, bu, Azərbaycan məmuruna yaraşan davranış deyil, hansı ki, sonda bu cür olaylara gətirib çıxarır”.


Elmar Vəliyevə görə deputatlar arasında QARŞIDURMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Samuxda elektrik yarımstansiyasında partlayış - Yaralılar var
    Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub.
     14.11.2018
    Elmar Vəliyevin oğlu daha bir vəzifəsini itirdi
    Gəncə şəhər İcra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev daha bir vəzifəsindən istefa verib.
     14.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ